04 Avqust 2019 23:45
735
Mədəniyyət
A- A+

“Kiyev virtuozları” simfonik orkestri Qəbələ festivalında növbəti konsert proqramını təqdim edib


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq beşinci gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir. İyulun 31-də başlayan festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, simfonik orkestr, solistlər və dirijorlar iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın proqramına uyğun olaraq, avqustun 4-də axşam Qəbələ Mədəniyyət Mərkəzində Ukraynanın məşhur "Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

"Kiyev virtuozları” simfonik orkestri Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş bir çox istedadlı musiqiçilərini bir araya gətirir. Orkestr Ukraynada qərb bəstəkarlarının əsərlərini məşhurlaşdırmaqla, həmçinin K.Penderetski, V.Silvestrov və M.Skorik kimi görkəmli müasir bəstəkarlarla yaxından əməkdaşlıq etməklə nüfuz qazanıb. Orkestrin özünəməxsus səslənməsi və ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib. Orkestrin son qastrol səfərlərinə İsveçrə, Fransa, İspaniya, Azərbaycan və Cənubi Amerika ölkələri aiddir.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə kanadalı violençel ifaçısı Qreys Son, violin ifaçısı Janna Qandelman (İsrail) və pianoçu Nərmin Nəcəfli (Azərbaycan) maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə J.Bize, E.Elqar, P.Çaykovski, F.Şopen, P.Sarasate və İ.Şatrausun əsərləri səsləndirilib. Orkestrin və musiqiçilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalına avqustun 5-də yekun vurulacaq. Proqrama uyğun olaraq, festivalın sonuncu günü əvvəlcə Heydər Əliyev Konqres Mərkəzində kamera musiqisi axşamı təşkil ediləcək. Daha sonra Mədəniyyət Mərkəzində festivalın bağlanış mərasimi və son konserti olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video