Alternative content

00:09 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ festivalında Azərbaycanın xalq mahnıları, muğam və təsnifləri səsləndirilib
Qəbələ festivalında Azərbaycanın xalq mahnıları, muğam və təsnifləri səsləndirilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:19 03.08.2019

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı zəngin və rəngarəngdir. Əvvəlki festivallarda olduğu kimi, bu il də tamaşaçılar muğam ifaçılarının çıxışını böyük səbirsizliklə gözləyirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın dördüncü günündə – avqustun 3-də axşam saat 21:00-da Mədəniyyət Mərkəzində tamaşaçılara "Naz-nazı” muğam qrupunun konserti təqdim olunub.

Konsertin əvvəlində məlumat verilib ki, "Naz-nazı” muğam qrupu 2010-cu ildə tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Əməkdar incəsənət xadimi Malik Mansurovun rəhbərliyi ilə yaradılıb. Qrupun üzvləri Milli Konservatoriyanın müəllim və tələbələridir. "Naz-nazı” muğam qrupu Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərin iştirakçısı, həmçinin nüfuzlu beynəlxalq müsabiqələrin qalibidir. Muğam qrupu həm instrumental, həm də vokal bölmələri üzrə çıxışlar edir. Qrupun repertuarında Azərbaycan muğam və xalq mahnıları, həmçinin Malik Mansurov tərəfindən işlənən muğam kompozisiyaları yer alır.

Konsertdə instrumental qrupun ifasında "Şur”, tarzən Nurlan Cəbizadənin ifa etdiyi "Çahargah” kompozisiyaları, xanəndələr Pərviz Qasımovun və Gülnar Qüdrətlinin ifasında "Mirzə Hüseyn” segahı, "Şahnaz” muğamı, "Mahur” təsnifləri və "Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

İstedadlı gənc muğam ifaçılarını tarda Malik Mansurov, bəm tarda Behrad Bonyadi, kamançada Sevinc Mirzəli, udda Bayram Üzeyirov, qanunda Aynur İsgəndərova, nağarada Ramin Abdullayev, bəm nağarada Şəmsəddin Zərbəliyev müşayiət ediblər.

Festivalın proqramına uyğun olaraq, avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzində kamera konserti, axşam saat 21:00-da isə Mədəniyyət Mərkəzində "Kiyev virtuozları” simfonik orkestrinin çıxışı olacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM