03 Avqust 2019 21:05
816
Mədəniyyət
A- A+

Qəbələ festivalında kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim edilib


Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı qədim Qəbələ şəhərində uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin konserti olub.

Kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində konsert verib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə orkestr 2007-ci ildə "Humay” milli mükafatına layiq görülüb. 2018-ci ildən kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.

Konsertdə K.Cenkins, F.Şubert, P.Çaykovski, F.Kreysler, Q.Dinniku, P.Hindemit, həmçinin F.Əmirov, Ü.Hacıbəyli və T.Quliyevin əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər Nərgiz Kərimova (soprano) və Rəna Rəhimovanın (viola), beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində "Naz-nazı” muğam qrupunun konserti təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video