Alternative content

10:19 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:31 05.07.2020 Xalqa arxalanan lider
00:15 05.07.2020 Bakı xanlarının sarayı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın yunan-Roma güləşçisi Nihad Məmmədli dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Məmmədli dünya çempionu olub
ANA SƏHİFƏ / İDMAN
20:38 03.08.2019

Azərbaycan yunan-Roma güləşçisi Nihad Məmmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, çempionatın beşinci günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Nihad Məmmədli (55 kq) ilk görüşdə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionumuz daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus idmançısını da vaxtından əvvəl üstələyən N.Məmmədli yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Özbəkistan güləşçisini məğlub edən həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn N.Məmmədli dünya çempionu olub.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə bolqarıstanlı güləşçini məğlub edib. Dörddəbir finalda Cənubi Afrika təmsilçisinə qalib gələn Z.Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən güləşçimiz adını finala yazdırıb. Həlledici görüşdə iranlı güləşçi ilə mübarizədə son dəqiqədə üstünlüyü əldən verən idmançımız gümüş medalla kifayətlənib.

Digər güləşçimiz Xasay Həsənli (65 kq) təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkmədən qalib gəlib. O, növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq X.Həsənli dörddəbir finalda iranlı rəqibinə minimal fərqlə uduzub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM