03 Avqust 2019 16:03
543
DÜNYA
A- A+

ABŞ-ın yeni siyasəti Latın Amerikası ölkələrinə ağır zərbə vuracaq


ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar inşa edilməsi, Honduras və Salvadordan gələn miqrantlar üçün Qvatemalada düşərgə salınması və digər layihələri Latın Amerikası ölkələrində humanitar böhranın dərinləşməsinə səbəb ola bilər.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Ağ evin avqustun 2-də qəbul etdiyi Mərkəzi Amerika ölkələrinə yüz milyonlarla dollar maliyyə yardımının "dondurulması” qərarı problemi daha da dərinləşdirib. Ekspertlər qeyd edirlər ki, bu yardımın kəsilməsi yüzlərlə icmanı ağır yoxsulluq vəziyyətinə salacaq. BMT-nin Ərzaq Proqramının məlumatına görə, Salvador, Honduras, Nikaraqua və Qvatemalada 1,4 milyon insan humanitar yardıma möhtacdır.

ABŞ-da fəaliyyət göstərən Norveç Qaçqınlar Şurasının rəhbəri Coel Çerni bildirib ki, Donald Trampın Mərkəzi və Cənubi Amerika ölkələrinə yardımları dayandırmaq qərarı çox təhlükəli addımdır. Onun sözlərinə görə, Vaşinqtonun siyasəti bumeranq effekti verə və qeyr-leqal miqrasiyanı daha da gücləndirə bilər. Çerni əlavə edib ki, sözügedən ölkələrdən ABŞ-a miqrant axının qarşını almaq üçün onların hökumətlərinə yoxsulluq və işsizlik problemlərinin həllində kömək etmək daha düzgün olardı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video