03 Avqust 2019 14:31
677
DÜNYA
A- A+

BMT: Ötən ay Əfqanıstanda dinc əhali arasında rekord sayda itkilər olub


Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda bütün münaqişə tərəflərini dinc əhalinin təhlükəsizliyi üzrə beynəlxalq normalara uyğun öhdəliklərə əməl etməyə çağırıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, beynəlxalq ekspertlər ötən ay Əfqanıstanda dinc əhali arasında rekord sayda itkilər olduğunu bildiriblər. BMT-nin yekun hesabatına görə, iyul ayında bu ölkənin ərazisində gedən döyüşlərdə və törədilən terror aktları nəticəsində 1500-dən çox dinc sakin öldürülüb və yaralanıb. Bu, 2017-ci ilin mayından sonra qeydə alınan ən böyük rəqəmdir.

BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto bildirib ki, sülh danışıqlarının davam etdiyi bir şəraitdə münaqişə tərəfləri arasında gərginlik də artıb. O əlavə edib ki, bu cür vəziyyət mülki əhali arasında daha çox itkilərə səbəb olur. Xüsusi nümayəndənin sözlərinə görə, iyulun 1-də "Taliban” silahlılarının Əfqanıstan ordusunun logistika mərkəzinə hücumu nəticəsində 7 dinc sakinin ölməsi ilə başlayan itkilər, paytaxt Kabil, Qəndəhar, Qəzni və digər əyalətlərdə də bütün ay ərzində davam edib. Silahlı münaqişə qurbanlarının 80 nəfəri isə uşaqlardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video