03 Avqust 2019 10:39
515
İQTİSADİYYAT
A- A+

Nazir: Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə münasibətlərə böyük önəm verir


Maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, S.Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının ölkəmizin özəl sektorunda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib və bank tərəfindən avqustun 1-də ölkə daxilində debüt olaraq yerli valyutada dövriyyə müddəti 2 il olan qiymətli kağızların uğurla yerləşdirilməsi ilə əlaqədar QDTİB-in prezidentini təbrik edib. Qeyd olunan buraxılış hesabına cəlb edilmiş vəsaitlərin ölkənin özəl sektorunun maliyyələşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirən nazir, həm də bu uğurun arxasında yerli qiymətli kağızlar bazarının dinamik inkişafının və xarici emitentlərin yerli valyutaya olan inamının durduğunu qeyd edib.

Bundan başqa, nazir diqqətə çatdırıb ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumu tərəfindən ölkəmizin maliyyə bazarında yerli valyutada qiymətli kağızların buraxılması həm emitent şəbəkəsinin genişləndirilməsinə, həm də ölkənin qiymətli kağızlar bazarının cəlbediciliyinə töhfə verməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutları üçün də təkanverici addım olacaq. Bu isə, öz növbəsində, Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və onun daha da təkmilləşdirilməsi üçün əlavə dəstək kimi qiymətləndirilə bilər və bu bazarın daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.

Həmçinin nazir tərəfindən yerli qiymətli kağızlar bazarı barədə bankın prezidentinə məlumat verilərək dövlət istiqrazlarına olan böyük tələbat əsasında son 3 ildə dövriyyə müddəti 1-3 il olan dövlət qiymətli kağızlar üzrə gəlirlilik dərəcələrinin 17-18 faizdən hazırda 6-7 faizədək endiyi qeyd edilib ki, bunu da ölkənin sabit makroiqtisadi çərçivədə inflyasiyanın aşağı səviyyədə olması və investorların manata olan etibarın artması ilə əlaqələndirmək olar.

Nazir vurğulayıb ki, beynəlxalq kredit reytinq agentliyi "Standard&Poor`s” tərəfindən "A-” və "Moody`s” tərəfindən "A2” dərəcəsində müəyyən edilən QDTİB-in uzunmüddətli kredit reytinqi Azərbaycan üzrə müəyyən edilən reytinq dərəcəsindən 4 pillə yüksək olsa da, bank tərəfindən yerləşdirilən 2 illik qiymətli kağızlar üzrə gəlirlilik dərəcəsi ilə (7,25 faiz) Maliyyə Nazirliyinin son hərrac zamanı yerləşdirilən analoji dövriyyə müddətli kağızlarının gəlirlilik dərəcəsi (7,47 faiz) arasında böyük fərqin (spred) olmaması məmnunluq doğurur.

Görüşdə S.Şərifov ölkəmizin bankla olan münasibətlərinə böyük önəm verdiyini, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini və QDTİB-in baş qərargahında iki Azərbaycan vətəndaşının çalışdığının önəmli olduğunu nəzərə alaraq, onların sayının artacağına ümid etdiyini bildirib.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Azərbaycanda yerli valyutada qiymətli kağızların buraxılması ilə əlaqədar banka göstərilən yüksək dəstəyə görə aidiyyəti dövlət orqanlarına öz təşəkkürünü bildirib və ölkədə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişafına təkan verdiyini və bunun da, öz növbəsində, QDTİB-lə ölkəmiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Azərbaycanı bankın Rəhbərlər Şurasında Maliyyə naziri Samir Şərifov təmsil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video