03 Avqust 2019 00:23
484
İQTİSADİYYAT
A- A+

ARDNF-in aktivləri 10,2 faiz artaraq 42,6 milyard dollara çatıb


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 6 ay üzrə gəlir və xərclərini açıqlayıb. Bildirilir ki, fondun bu müddətdə büdcə gəlirləri 10 milyard 698,3 milyon, büdcə xərcləri 4 milyard 499,4 milyon manat olub.

6 ayda ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri isə 8 milyard 557,1 milyon, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 780,7 milyon, bonus ödənişləri 766,4 milyon, tranzit gəlirləri 8,9 milyon, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil edib.

Hesabat dövründə ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 141,2 milyon manata çatıb. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirlər isə 513,1 milyon manat olub.

Hesabat dövründə fondun 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 milyard 413 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılıb. ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri isə 11,5 milyon manat olub.

İyunun 30-a ARDNF-in aktivləri cari ilin əvvəlinə nisbətən 10,25 faiz artaraq 42 milyard 463,7 milyon dollar təşkil edib. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötənilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), bu ilin 6 ayı ərzində müvafiq göstərici 13,1 faiz olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video