Alternative content

00:00 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dar döngələr kasıbların, geniş meydanlar varlıların məskəni idi
Dar döngələr kasıbların, geniş meydanlar varlıların məskəni idi
ANA SƏHİFƏ / Mədəniyyət
00:18 03.08.2019


İnkişaf etmiş orta əsrlərdə Bakı şəhəri tikilərkən əyri dar küçələrdən və dörd məhəllədən təşkil olunmuşdu. Orta əsrlərdə isə İçərişəhər artıq doqquz məhəllədən təşkil olunmuşdu. Hər məhəllə bir məscidin adı ilə adlanırdı və oranın öz mollası vardı. Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi, Məhəmmədyar məscidi məhəlləsi, Hacı Qeyib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi məhəlləsi, Qasım bəy məscidi məhəlləsi və s.

Əlbəttə, məhəllələrin sayı və adları tarixi şəraitə, əhalinin məşğuliyyəti, assimilyasiya və məskunlaşma strategiyasına, həmçinin urbanizasiya ilə bilavasitə əlaqədar idi. Son orta əsrlərdə İçərişəhərin bəzi məhəllələrinin və məscidlərinin adları həmin ərazidə yaşayan xalqların və tayfaların adı ilə adlandırılmışdı. Məsələn, Giləklər məhəlləsi Gilandan gələn tacirlərin yaşadığı məhəllə idi. Ləzgilər məhəlləsində Dağıstandan gələn silah və sursat ustaları yaşayırdı. İçərişəhərin əhalisinin çoxu ustalar, tacirlər və dənizçilər idi. Bəzi məhəllələr isə orada yaşayan ustaların peşələrinin adı ilə adlandırılmışdır. Məsələn, Hamamçılar, Bəzzazlar, Həkkakçılar və s. İçərişəhərin yerli sakinləri müxtəlif tayfaları, yaxud nəsilləri təmsil edirdilər. Bu tayfaların bəzilərinin çox maraqlı adları var idi. Məsələn, Ağşalvarlılar, Toyuqyeyənlər, Toyuqyeməyənlər, Hoppataranlılar, Bozbaşlılar və s. Hər bir tayfa digər tayfalar haqqında məzəli əhvalatlar uydurur və zarafatlar edirdi.

Ölçülərinə və memarlıq tərtibatına görə bu məhəllələr standart deyildilər, həmin səbəbdən şəhərin planı xaotik tikililər təsiri bağışlayır.

Əhalinin əsas kütləsi müəyyən zümrəyə malik tacir və sənətkarlardan ibarət idi. Yüksək təbəqədən olanlar şəhərin ən yaxşı hissələrində yerləşən ayrı-ayrı məhəllələrdə məskunlaşırdı. Dar döngələr kasıbların məskəni idi: "Daha xoşbəxt siniflərin gözündən uzaq olaraq onlar özləri necə bilirdisə, elə də yaşayırdılar”.

Şəhərdə hökmdar və aristokratiya yaşayan əsas "qala məhəlləsi” sayılırdı. Yazılı mənbələrdə şəhər əhalisinin yüksək təbəqəsi özlərinə gözəl binalar tikmişdilər.

Şəhər strukturunda sənətkar məhəllələrinin yeri istehsalın xüsusiyyətlərindən asılı idi. Zərgərlər mərkəzi bazara, dəri emalçıları su hövzəsinə, dəmirçilər şəhər qapılarına yaxın yerləşirdilər. Məsələn, iyli və tüstülü olduqlarına görə dəri emalı, dulusçuluq və dəmirçi istehsalı şəhər kənarında yerləşirdi.

Məhəllələrin formaları küçələrin istiqamətindən və sahənin relyefindən asılı olaraq çox müxtəlif idi. Düzgün olmayan formaya malik məhəllələrdə məskunlaşma çox sıx olduğundan yaşayış evlərinin inşası çətinləşirdi. Məhəllələrin aydın şəkildə yaşayış, ticarət-sənətkar məhəllələrinə bölünməsi izlənilmirdi, çünki sənətkarlar evlərində də işləyirdilər. Lakin bütün şəhər məhəllələrində mərkəzin yeri tam təyin edilmirdi. Tikilinin sistemsizliyi səbəbindən məscid və bir çox ticarət binalarının dislokasiyasını tamlıqla izləmək mümkün olmurdu.

Bakının köhnə planlarında küçələrin kəsişdiyi yerlərdə meydanlar göstərilmişdir. Lakin onların hamısı ölçülərinə görə çox kiçik və qeyri-müəyyən formadadır. Az bir hissəsi dövrümüzədək saxlanmışdır. Bəzi hallarda belə kiçik meydançalar küçələri müəyyən yerlərdə genişləndirmək yolu ilə yaradılırdı. İçərişəhərdəki məhəllə məscidləri onların ətrafında tikilmiş yaşayış binalarından çox da fərqlənmirdi.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM