03 Avqust 2019 00:17
1270
Mədəniyyət
A- A+

Suya sitayiş


Suya sitayiş, su ayini də içərişəhərlilərin dini təsəvvürləri tarixində mühüm yer tutur. Qədim inama görə, daş təbiətlə eyniləşdirilir, su isə həyatverici qüvvə və yol ilə əlaqələndirilir. Belə ki, pis adamın dalınca daş, uzaq yola çıxanın arxasınca isə su atardılar.

Gəlin ər evinə yola salınanda da arxasınca su atırlar. Qədim dövrlərdən bəri şər ovsunlar su ilə yuyulur, pis yuxu suya danışılır, yaxın adama "yolun su kimi aydın olsun” deyirlər. Novruz bayramı ilə bağlı çərşənbələrin biri Su çərşənbəsi adlanır. Mifologiyadan məlum olan İştar və Nahid də su ayini ilə bağlıdır.

Arxaik inama görə, su ayini daş ayini ilə sıx bağlı olmuşdur. Belə ki, yağış yağdırmaq məqsədilə pirdən daş gətirər və onu suya atardılar, uzun sürən yağışların kəsilməsi üçün isə həmin daşı sudan çıxarıb oda atardılar.

Mineral su mənbələrinin şəfaverici xüsusiyyətləri bir çox pirlərə ehtiramın artmasına şərait yaratmışdır. Xalq inamına görə, çay sahilində, bulaq və onun ətrafında xeyir və şər ruhları yaşayır. Sitayiş yerinə çevrilmiş bir çox bulaqlara nəinki müalicə məqsədilə, həm də arzularının həyata keçməsi üçün gələrdilər. Günahlardan qurtarmaq və təmizlənmək üçün axar suyun üstündən tullanardılar.

Keçmişdə İçərişəhərdə su bayramı geniş miqyasda təşkil olunurdu. Bugünədək bir sıra bölgələrdə mərasim halında saxlanmış sulaşma adəti buna misal ola bilər. Xalq arasında bu bayram "baba su cəddim” adlanırdı. Qəbir daşlarında suyu təcəssüm etdirən bardaq şəkli çəkərdilər. Belə hesab edilirdi ki, insan öləndən sonra ruhu içində su olan bardağa keçir.

Su qədimdən xoşbəxtlik rəmzi hesab olunur. Azərbaycan folklorunda su ilə bağlı "su dirilikdir”, "su həyatdır”, "sucan ömrün olsun”, "su kimi əziz ol”, "suyun sərin olsun, ruzin bol olsun”, "səni görüm bulaq kimi təravətli olasan”, "su harada, dirilik orada”, "su verən əli qaytarmaq olmaz” kimi ifadələr geniş işlənir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video