02 Avqust 2019 23:21
685
Mədəniyyət
A- A+

“Kiyev virtuozları” Qəbələdə maraqlı konsert proqramı ilə çıxış edib


XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 2-də axşam Qəbələ Mədəniyyət Mərkəzində tamaşaçılara "Kiyev virtuozları” simfonik orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova "Kiyev virtuozları” simfonik orkestrinin fəaliyyəti, konsertdə çıxış edəcək ifaçıların yaradıcılıq uğurları və səsləndiriləcək əsərlər barədə qısa məlumat verib.

Bildirilib ki, "Kiyev virtuozları” simfonik orkestri Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Orkestr milli və beynəlxalq səhnədə dinləyicilərin və tənqidçilərin rəğbətini qazanıb. Musiqiçilərinin orta yaşı 30 olan bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş bir çox istedadlı musiqiçilərini bir araya gətirir. Orkestr Ukraynada qərb bəstəkarlarının əsərlərini məşhurlaşdırmaqla, həmçinin K.Penderetski, V.Silvestrov və M.Skorik kimi görkəmli müasir bəstəkarlarla yaxından əməkdaşlıq etməklə nüfuz qazanıb. Orkestrin özünəməxsus səslənməsi və ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib. Orkestrin son qastrol səfərlərinə İsveçrə, Fransa, İspaniya, Azərbaycan və Cənubi Amerika ölkələri aiddir.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər Boris Andrianov (Rusiya) və Toğrul Hüseynlinin (Azərbaycan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində avqustun 3-də günorta saatlarında Şəki şəhərində "Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olacaq. Həmin gün Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təqdim olunacaq. Axşam saatlarında isə Mədəniyyət Mərkəzində "Naz-nazı” muğam qrupu çıxış edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video