Alternative content

19:14 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın tanınmış ictimai xadimləri Dünya Biblioqrafiya Assambleyasının həqiqi üzvləri seçiliblər
Azərbaycanın tanınmış ictimai xadimləri Dünya Biblioqrafiya Assambleyasının həqiqi üzvləri seçiliblər
ANA SƏHİFƏ / Mədəniyyət
23:18 02.08.2019

Avqustun 2-də İçərişəhərdə, Miniatür Kitab Muzeyində Azərbaycan ziyalılarının nümayəndələrinin hazırda ABŞ-da yaşayan həmvətənimiz, Dünya Biblioqrafiya Assambleyasının prezidenti Aleksandr Nisanovla görüşü olub.

AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova tədbirə toplaşan qonaqları salamlayıb. Z.Salahova A.Nisanovla kifayət qədər uzun müddətdir tanış olduğunu xatırladaraq, onun hələ 1990-cı illərin əvvəllərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi miniatür kitabların nəşrinə yardım etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmyerlimiz ABŞ-a köçdükdən sonra bu ölkədə yaşayan Azərbaycan diasporuna fəal kömək edir, Azərbaycanla bağlı tədbirlərin əksəriyyətində iştirak edir.

Sonra Z.Salahova Miniatür Kitab Muzeyi tərəfindən təsis edilən və dahi lider Heydər Əliyevə həsr olunan medalı A.Nisanova təqdim edib.

Tədbirdə iştirak edən "Azərbaycanım” ("Moy Azerbaydjan”) jurnalının baş redaktoru Emil Nəsirli, öz növbəsində, A.Nisanovun Azərbaycan dəyərlərinin və ənənələrinin təbliği işinə, ABŞ-da Azərbaycan diasporunun inkişafına verdiyi böyük töhfəni vurğulayıb. Baş redaktor həmyerlimizə jurnalın təsis etdiyi "Azərbaycanın fəxri” medalını təqdim edib. E.Nəsirli qeyd edib ki, Azərbaycanın bir çox tanınmış ictimai xadimləri, o cümlədən Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova bu medalla təltif olunublar.

Daha sonra A.Nisanov Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın, tanınmış dizayner və ilk yerli ətriyyat istehsalçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın, "Ensiklopediya” nəşriyyatının direktoru, "Bioqrafiya” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Fikrət Nağıyevin Dünya Biblioqrafiya Assambleyasının həqiqi üzvləri, "Azərbaycanım” jurnalının baş redaktoru Emil Nəsirlinin isə Dünya Biblioqrafiya Assambleyasının Bakı Nümayəndəliyinin prezidenti seçildiklərini elan edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM