Alternative content

13:56 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ festivalında Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş kamera konserti təqdim edilib
Qəbələ festivalında Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş kamera konserti təqdim edilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:15 02.08.2019

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş "Oksana Yablonskaya və dostları” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə SSRİ Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək O.Yablonskayanın həyat və yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) Moskva şəhərində anadan olub. O, Moskva Musiqi Mərkəzi məktəbində A.Qoldenveyzerdən dərs alıb, Moskva Dövlət Konservatoriyasında assistent kimi çalışıb. C.Lonq-Zibaud, Rio de Janeyro, Bethoven müsabiqələrinin qalibi olub. "Carnegie Hall”dakı debütündən sonra dünyanın tanınmış pianoçuları sırasına qoşularaq 40-dan çox ölkənin simfonik orkestr və dirijorları ilə çıxış edib. Onun solo yazıları Beynəlxalq List Cəmiyyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, O.Yablonskaya 25 ildir Culliard məktəbində dərs deyir. O, dünyanın bir çox tədris mərkəzlərində ustad dərsləri verib. Nyu-Yorkda Şopen Cəmiyyətinin vitse-prezidenti və musiqi direktoru, Yamaha ustad dərslərinin məsləhətçisidir. San-Fransisko Beynəlxalq İncəsənət Akademiyası və Moskva Humanitar Elmlər Akademiyasının akademikidir. O.Yablonskaya L.Vasilenko adına, Bethoven Piano, List Beynəlxalq piano və digər müsabiqələrin münsiflər heyətinin üzvü olub. 2008-ci ildə İtaliyada O.Yablonskayanın Piano İnstitutu açılıb.

O.Yablonskaya, eyni zamanda, Bakı Musiqi Akademiyasının dəvətli məsləhətçisi, Qəbələ Beynəlxalq piano müsabiqəsinin münsiflər heyətinin sədridir.

Kamera konsertində Oksana Yablonskaya, ABŞ-dan olan pianoçular Ninq-Vu Du, Helen Sim, Ukraynadan gəlmiş violonçel ifaçısı Yuri Poqoretski və pianoçu İrina Starodub, həmçinin pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, solist Səbinə Əsədova tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə L.Bethoven, F.Şopen, F.Şubert, R.Şuman, S.Raxmaninov, Q.Qarayev və F.Əmirovun əsərləri səsləndirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM