02 Avqust 2019 18:51
515
DÜNYA
A- A+

İranın neft ixracı azalıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar nəticəsində iyun və iyul aylarında İran neftinin gündəlik ixracı 500 min bareldən də aşağı düşüb. Onun sözlərinə görə, bu, Ağ evin Tehranla bağlı siyasətinin səmərəli olduğunu göstərir. Bu barədə "Röyter” agentliyi xəbər verib.

ABŞ-ın dövlət katibi deyib: "Sanksiyaların tətbiq olunmasına qədər İran gündəlik 2,7 milyon barel xam neft ixrac edirdi. İyun və iyul aylarında isə bu göstərici 500 min bareldən də az olub”. Onun sözlərinə görə, ABŞ bundan sonra da İranla bağlı sanksiya rejimini pozan şirkətlərə və dövlətlərə qarşı məhdudiyyətlər tətbiq edəcək.

Qeyd edək ki, Vaşinqton İran neftini alan Çinin "Zhuhai Zhenrong” şirkəti və onun rəhbərinə qarşı bu günlərdə sanksiya tətbiq edib. Beynəlxalq Energetika Agentliyinin statistik rəqəmlərinə görə, 2019-cu ilin mayında İranda neft hasilatı 1980-ci illərin minimal səviyyəsinə enib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video