02 Avqust 2019 11:55
777
Mədəniyyət
A- A+

İran Prezidenti Təbrizdə dünyanın ən böyük xalısını təqdim edib


İran Prezidenti Həsən Ruhani Təbriz Beynəlxalq Xalça Sərgisinin açılışında dünyanın ən böyük əldə toxuma xalısını təqdim edib. AZƏRTAC İran KİV-lərinə istinadla xəbər verir ki, təbrizli ustaların ərsəyə gətirdikləri 600 kvadratmetrlik və çəkisi 3 ton olan bu nadir sənət nümunəsində 700 rəngdən istifadə edilib. Onun toxunması altı il davam edib və avqustun 3-dək İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə nümayiş olunacaq.

Qeyd olunur ki, Təbriz Beynəlxalq Xalça Sərgisində Qərbi və Şərqi Azərbaycandan olan ustalar ilə yanaşı, Gilan, Qum, Tehran şəhərlərinin də xalçaçıları iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video