Alternative content

09:14 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İrəvan xanlığının tarixinə dair 4 adda əsər ispan və ərəb dillərində çapdan çıxıb
İrəvan xanlığının tarixinə dair 4 adda əsər ispan və ərəb dillərində çapdan çıxıb
ANA SƏHİFƏ / Mədəniyyət
00:48 02.08.2019


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda əsər ispan və ərəb dillərində çapdan çıxıb.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində "Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktor isə fəlsəfə doktoru Mehri Xanbabayevadır. Bu əsərlər Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi tarixçi alim Nazim Mustafadır. Əsərlərdə yazılır ki, erməni rəssamlarından Martiros Saryan, Setrak Arakelyan, Anuş Sahinyan və Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda Ermənistan rəsmiləri isə Göy məscidi "Fars məscidi” kimi təqdim edir və xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.

"İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və "Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə tarixçi alim Güntəkin Nəcəflidir. Əsərlərdə qeyd edilir ki, İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib. İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının nümayəndələri olan xanlar idarə etmişlər.

Xatırladaq ki, İrəvan xanlığının tarixi ilə bağlı həmin nəşrlər bundan əvvəl ingilis, rus, erməni və fars dillərində də çap olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM