01 Avqust 2019 16:49
514
DÜNYA
A- A+

Əfqanıstanda ən azı 60 “Taliban” silahlısı öldürülüb


ABŞ-ın Əfqanıstandakı qoşun kontingenti və yerli hökumət təhlükəsizlik qüvvələri Qəndəhar əyalətinin Logar rayonunda aparılan hərbi əməliyyatlarda ən azı 60 "Taliban” silahlısını öldürüblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Logar rayonunun polis rəisi Şahpur Əhmədzayinin sözlərinə görə, birləşmiş qoşun hissələri iyulun 31-də başlayan və avqustun 1-də davam edən hərbi əməliyyatlarda Azara rayonu ərazisində 45 "Taliban” silahlısını öldürüb. Daha 15 silahlı isə ətraf rayonlarda zərərsizləşdirilib. O əlavə edib ki, silahlıların əksəriyyəti paytaxt Kabildən 100 km aralıda yerləşən bu ərazini ələ keçirmək üçün hücuma hazırlaşırmış.

Rəsmi məlumatda qeyd olunub ki, hərbi əməliyyatlar zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir əsgəri həlak olub, səkkizi isə yaralanıb.

Qəndəhar əyalətində yerləşən ordu qərargahının sözçüsü Camal Nəsir bildirib ki, avqustun 1-də keçirilən hərbi əməliyyat zamanı 22 "Taliban” silahlısı öldürülüb, daha 11-i isə yaralanıb. O qeyd edib ki, silahlı qruplaşma Arğıstan rayonunda yerləşən ordu hissələrinə hücum edib. ABŞ əsgərlərinin də köməyi ilə keçirilən əks hücumda "Taliban” silahlıları ağır itkilər verərək dağlara çəkiliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video