Alternative content

21:30 17 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-nun Baş direktoru və Dünya İrs Mərkəzinin direktoru Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib
UNESKO-nun Baş direktoru və Dünya İrs Mərkəzinin direktoru Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib
ANA SƏHİFƏ / Mədəniyyət
14:29 31.07.2019

UNESKO-nun Baş direktoru xanım Odre Azuley Azərbaycan Respublikası Hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda ölkəmizin UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahiblik etdiyi bildirilir və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunur.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edir: "Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktubda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri noyabrın 19-da UNESKO tərəfindən təşkil olunacaq Baş Konfransın 40-cı sessiyası öncəsi Mədəniyyət Nazirləri Forumunda iştiraka dəvət olunur.

Baş direktorun məktubu bu fikirlərlə bitir: "Mən Bakını UNESKO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdim və bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

* * *

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi təqdir olunur. Qeyd edilir ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb. Xanım Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyəli təşkilinə görə Azərbaycan Hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan, UNESKO katibliyinə hər cür lazımi köməklik göstərən komandaya xüsusi minnətdarlığını ifadə edib: "Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Dünya İrs Mərkəzinin direktoru məktubunda həmçinin Azərbaycanın Mədəniyyət naziri noyabrın 27-28-də UNESKO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək dünya irsi üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərin 22-ci ümumi iclasına dəvət edilib. Bildirilir ki, iclasda Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının sədrinin Komitənin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi nəzərdə tutulur.

Mextild Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa, dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Hökumətinə minnətdarlığını bildirir.

Xatırladaq ki, iyunun 30–dan iyulun 10-dək Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Azərbaycan 2015-ci ildən Ümumdünya İrs Komitəsinin üzvüdür və 2019-cu ildə Komitəyə sədrliyi həyata keçirir. 43-cü sessiyanın iclaslarına Azərbaycan Respublikasının Mədəniyyət naziri sədrlik edib.

Sessiyada 180-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən nazirlər, yüksək səviyyəli rəsmilər, eləcə də beynəlxalq təşkilatların rəhbər və məsul şəxsləri iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM