31 Iyul 2019 00:21
512
İQTİSADİYYAT
A- A+

Ağcabədidə hibrid qarğıdalı toxumu istehsal edilir


Azərbaycanda ilk dəfə Ağcabədi rayonunda "Adasa 16” adlı hibrid qarğıdalı toxumu istehsalına başlanılıb. "Adasa 16” hibridini əldə etmək məqsədilə 3 hektar ərazidə valideyn xətlər (ana xətt ADK 455 və ata xətt Çukurova 96/25) əkilib.

Qarğıdalı hibridinin yarpaqları dik və genişdir. Dənləri sarı at dişi formasındadır. Yağ həcmi 4,59 faiz, protein həcmi 8,13 faiz, nişasta həcmi isə 61,11 faizdir. Sınaqlarda əldə olunan nəticələrə görə, 1 hektardan 12000-17360 kiloqram məhsul almaq, eləcə də, yaşıl kütlə olaraq birinci səpində bir hektardan 50-78 ton məhsuldarlıq əldə etmək mümkündür. Bu da heyvandarlıq sahəsində istifadə olunan lazımlı silos kütləsinin daha az hektar sahədən təmin olunmasına gətirib cıxaracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video