31 Iyul 2019 00:19
725
İQTİSADİYYAT
A- A+

Heyvandarlığın inkişafında süni mayalanma əsas şərtlərdən sayılır


Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ölkədə aqrar siyasətin mühüm tərkib hissəsidir. Son illər bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilmiş, müsbət nəticələr qazanılmışdır. Bərdə rayonunda da bu sahədə bir sıra addımlar atılır. Hazırda rayonun təsərrüfatlarında xarici ölkələrdən lizinq yolu ilə alınıb, gətirilmiş məhsuldar cinsli mal-qaranın sayı 4,151 başdır.

Rayonun Mehdili kəndi ərazisində yerləşən "Qarabağ” Aqrar Sənaye Kompleksi mütərəqqi texnologiya əsasında qurulmuşdur. Güclü maddi-texniki bazaya malik təsərrüfatda ağır əl əməyi tələb edən bütün proseslər mexanikləşdirilmişdir. Təsərrüfat heyvandarlıq məhsullarının intensiv yolla artırılmasında gerçək bir qabaqcıllıq nümunəsi göstərir. Burada yüksək məhsuldarlığa malik cins düyələr yetişdirilib ayrı-ayrı fiziki şəxslərə, fermer təsərrüfatlarına satılır. Son vaxtlar Salyan rayonunun fermer təsərrüfatları "Qarabağ” Aqrar Sənaye Kompleksindən 297 baş damazlıq cins düyə almışlar.

Türkmən kəndi ərazisində yerləşən "Çiçək” fermer təsərrüfatı da geniş imkanlara malikdir. Hazırda təsərrüfatda 1035 baş cins mal-qara bəslənilir. Keçən il Şəmkir fermerlərinə 50 baş boğaz damazlıq düyə satan "təsərrüfat bu il nailiyyəti daha da artırmaq əzmindədir. Mehdixanlı kəndi ərazisindəki "Nüsrət aqro” MMC, Çələbilər kəndində yerləşən "Sani” cins heyvandarlıq təsərrüfatlarında da işlər zoobaytar qaydaları əsasında aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin yerdəki nümayəndəsi Bərdə rayonu Dövlət Aqrar İnkişaf Mərkəzi aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da böyük önəm verir, bu sahədə tələb olunan zəruri təşkilat-təsərrüfat tədbirlərini uğurla reallaşdırır. Heyvandarlığın inkişafında mütərəqqi yol kimi süni mayalanma işinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Ötən təsərrüfat ilində süni mayalanma yolu ilə 4570 baş cins buzov əldə edilmişdir. Cari ilin birinci yarısında isə süni mayalanma yolu ilə 2349 baş cins buzov əldə olunmuşdur.

Süni mayalanma yolu ilə alınan hər buzov üçün mal-qara sahibinə dövlət tərəfindən 100 manat subsidiya ödənilməsi kəndlidə maddi stimul yaradır. Keçən il rayon üzrə süni mayalanma yolu ilə alınan buzovlar üçün ümumilikdə 300 min manatdan çox subsidiya verilmişdir. Cari ilin birinci yarısında bu rəqəm 135 min manat olmuşdur.

Rayon ərazisindəki təsərrüfatlarda süni mayalanma işinin aparılması ilə 13 mütəxəssis məşğuldur. Toxumlar Göygöl rayonu ərazisindəki Respublika Toxumçuluq Mərkəzindən götürülür. Cimmental, holştinfriz, aberdin, şarole cinslərindən olan toxumlar yüksək keyfiyyətə malikdir və onlardan istifadə səmərəli nəticələr verir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində müəyyən edilən hədəflərə çatmaq üçün Bərdə rayonunun kənd əməkçiləri inamla çalışırlar. Məqsəd ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatının daha da güclənməsinə sanballı töhfələr verməkdir.

Vüqar İSMAYILOV,

Bərdə rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video