31 Iyul 2019 00:17
481
İQTİSADİYYAT
A- A+

Biləsuvarda tərəvəz sahələrindən 4 min tondan çox məhsul toplanılıb


Biləsuvarda tərəvəz yığımının qızğın çağıdır. Yarım ildə məhsul istehsalçıları becərdikləri tərəvəz sahəsindən 4 min 253 ton məhsul tədarük ediblər. Yığılan tərəvəz əsasən Bakı və Sumqayıt şəhərlərindəki bazar və ticarət şəbəkələrinə göndərilir.

Rayon Statistika İdarəsindən bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1449 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 198 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən altı ayında 464 hektar sahədə yığım aparılıb və 1449 ton məhsul tədarük olunub. Yığılan məhsulun 1253 tonunu xiyar, 207 tonunu pomidor, 132 tonunu badımcan, 9 tonunu bibər, 238 tonunu sarımsaq, 520 tonunu soğan, 1476 tonunu yaşıl noxud, 334 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandalı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusilə fərqlənirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video