31 Iyul 2019 00:17
512
İQTİSADİYYAT
A- A+

Qax rayonunun təsərrüfatlarında 712 hektarda təkrar əkinlər aparılıb


Payızlıq dənlilərin səpini üçün indiyədək Qax rayonunun təsərrüfatlarında 5800 hektar sahədə yay şumu çıxarılıb və bu iş davam etdirilir. Cari mövsümdə rayonda payızlıq taxıl əkini sahələrinin 13 min hektardan çox olacağı proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, taxıl biçini kampaniyası başa çatdıqdan sonra təsərrüfatlarda, eyni zamanda, 712 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 293 hektar çoxdur. Məlumata görə, təsərrüfatlarda dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri də təkrar əkinlərin tətbiq edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video