30 Iyul 2019 12:15
606
DÜNYA
A- A+

Liviyada müxalifət qüvvələrinə qarşı hərbi əməliyyat keçirilir


Liviyanın Tripoli şəhərində milli hökumət qüvvələri müxalifət ordusunun komandanı general Xəlifə Həftərin qoşunlarına qarşı geniş hərbi əməliyyata başlayıb.

AZƏRTAC ANADOLU agentliyinə istinadla xəbər verir ki, Liviya milli hökumətinin hərbi məsələlər üzrə nümayəndəsi Məhəmməd Qanuni müxalifət qüvvələrinə qarşı "Burkan Əl-Qədab” əməliyyatına başlanıldığını deyib. Milli hökumətin məlumatına görə, Xəlifə Həftər qoşunlarının mövqeləri hərbi hava qüvvələri tərəfindən də vurulub. Əməliyyat nəticəsində ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, aprel ayının 4-də general Xəlifə Həftər qoşunları Liviyanın böyük liman şəhəri olan Tripolini ələ keçirmək üçün milli hökumət ordusuna qarşı hərbi əməliyyat keçirmişdi və şəhər yaxınlığında mövqelərini möhkəmləndirməyi bacarmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video