30 Iyul 2019 11:19
482
DÜNYA
A- A+

Rusiyanın İrkutsk vilayətində 475 ev suyun altında qalıb


Rusiyanın İrkutsk vilayətində iyulun 27-dən başlayan leysan yağışları və daşqınlar 29 yaşayış məntəqəsində 475 evin suyun altında qalması ilə nəticələnib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vilayətin səkkiz rayonu, 2 699 nəfərin, o cümlədən 653 azyaşlının yaşadığı 20 yaşayış məntəqəsi təbii fəlakətlə üz-üzə qalıb. Bundan başqa, 657 bağ evi, iki sosial əhəmiyyətli obyekt, bir avtomobil körpüsü və avtomagistralın üç sahəsi də daşqınlardan zərər görüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, leysan yağışları nəticəsində bu ərazidəki 9 çay məcrasından çıxıb, qrunt sularının səviyyəsinin qalxması isə vəziyyəti daha da gərginləşdirib. Bundan başqa, "Sibir” federal trasının Tulun şəhərindən keçən hissəsi bağlanıb, Şelexov rayonunda 456 bağ evini su basıb. Xilasedicilər 2 mindən çox insanı təxliyə ediblər və uşaqlar üçün 12 sağlamlıq düşərgəsindən 1,5 azyaşlı digər ərazilərə köçürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video