Alternative content

08:04 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib
XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib
ANA SƏHİFƏ / İDMAN
14:27 29.07.2019

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və onların ailə üzvləri ilə iyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, "Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə idmançılarımızın mötəbər turnirdəki uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına da uğurla ev sahibliyi etdi. Azərbaycanın yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə Avropanı növbəti dəfə heyran etdiyini vurğulayan vitse-prezident idmançılarımızı festivalda qazandıqları parlaq nailiyyətlər münasibətilə təbrik edərək deyib: "Bu gün "Zəfər günləri” layihəsi çərçivəsində idmançılarımızın növbəti qələbəsini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmiz ən mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanda daha əvvəl birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil olunub”.

Festivalın ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayan Gənclər və İdman naziri Azad Rəhimov bu mötəbər idman yarışı çərçivəsində üç proqramın həyata keçirildiyini qeyd edib: "Festivalda qazanılan nailiyyətlər Azərbaycanın idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. XV dəfə təşkil edilən festivalda Azərbaycan komandası indiyədək ən yüksək nəticəsini əldə edərək dördüncü yeri tutdu. Bu nəticələr göstərdi ki, gənc idmançılar arasında da gələcəyin ulduzlar yetişib. Çalışmalıyıq ki, onlar gələcəkdə daha yüksək nailiyyətlər əldə etsinlər”.

Təhsil naziri Ceyhun Bayramov çıxışında Azərbaycanın daha bir mötəbər idman tədbirini yüksək səviyyədə təşkil etməsini məmnunluqla vurğulayaraq diqqətə çatdırıb ki, komandamızın 48 ölkə arasında dördüncü yeri tutması ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının göstəricisidir. C.Bayramov festivalın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra Avropa Gənclər Olimpiya Festivalının medalçılarına mükafatlar təqdim edilib.

Tədbir incəsənət ustalarının çıxışı ilə davam edib.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM