Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Yaylaq Festivalı “Vikipediya”da öz əksini tapıb
Milli Yaylaq Festivalı “Vikipediya”da öz əksini tapıb
ANA SƏHİFƏ / Elm və texnika
11:52 29.07.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli "Vikipediya”da ölkəmizdə ilk dəfə keçirilən Milli Yaylaq Festivalı haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə festivalın keçirildiyi ərazi, təşkilatçılar, festival müddətində təşkil olunan milli yaylaq oyunları və s. barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Milli Yaylaq Festivalı Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə ilk dəfə 2019-cu il iyulun 26-da Gədəbəy rayonunda keçirilib. Festival günlərində mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla mindi) təşkil olunub, yaylaq kulinariya nümunələri təqdim edilib. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış-sərgisi təşkil olunub.

Festivalın milli yaylaq oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları, milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi, nümunəvi çıxışlar, atüstü milli oyunlar – çövkən, baharbənd, sürpapaq, piyalə, ər endir (atüstü güləş), gərdək qaçırmaq, zorxana, kəndirbazlıq və ox atma təşkil edilib.

Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş alaçıqlarda qalmaq imkanı yaradılıb. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edilib.

Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM