29 Iyul 2019 11:49
606
DÜNYA
A- A+

Nigeriyada dəfn mərasiminə silahlı basqın nəticəsində 65 nəfər ölüb


Nigeriyanın şimal-şərqində bir dəfn mərasiminə silahlı basqın nəticəsində 65 nəfər ölüb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, insident Borno əyalətinin paytaxtı Maidiquri yaxınlığındakı Nqanzai rayonunda baş verib.

Yerli hökumətin başçısı Məhəmməd Bulama bildirib ki, terrorçu "Boko Haram” təşkilatının üzvləri dəfn mərasiminə toplaşmış insanlara avtomat silahlardan atəş açıblar. Buradakı 21 nəfəri öldürən terrorçular qaçmağa çalışan daha 44 nəfəri kəndin ətrafında qətlər yetiriblər. Yaralanan 10 nəfərin 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

"Boko Haram” terror təşkilatı son on ildə Nigeriyanın şimalında öz düşərgələrini yaradıb. Bütün Afrika ərazisində şəriət qanunlarını tətbiq etmək istədiyini bəyan edən bu terror təşkilatı kilsələrə hücumlar təşkil edir, qadınları və uşaqları girov götürür. BMT-nin qaçqınların işi üzrə agentliyi bildirib ki, onların törətdikləri terror aktları nəticəsində bu ilin yanvarında 30 min nigeriyalı ölkəni tərk edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video