29 Iyul 2019 06:03
709
Mədəniyyət
A- A+

“Jara-2019” Beynəlxalq Musiqi Festivalı başa çatıb


Bakıda, "Sea Breeze Resort” istirahət mərkəzində iyulun 25-dən start götürən "Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib.

Musiqili gecədə məşhur estrada ulduzları və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.

Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıq ilə yekunlaşıb.

"Jara 2019” Beynəlxalq Musiqi Festivalında dörd gün ərzində əsl bayram ab-havası yaşanıb. İki yüzdən çox məşhur estrada ulduzunun iştirak etdiyi budəfəki festival həm də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalıb.

Artıq dördüncü ildir keçirilən festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video