Alternative content

06:19 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yüksək nailiyyət: Azərbaycan 48 ölkə arasında 4-cü oldu
Yüksək nailiyyət: Azərbaycan 48 ölkə arasında 4-cü oldu
ANA SƏHİFƏ / İDMAN
02:58 28.07.2019


Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatdı. Azərbaycan daha bir beynəlxalq idman yarışına evsahibliyi etdi. Bakı iyulun 21-dən 27-dək yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrildi.

2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, bu il isə Avropa Gənclər Yay Olimpiya Festivalına qucaq açan Azərbaycan bir daha yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu.

Bir həftə ərzində yarışların təşkili, Festivalın təhlükəsiz şəkildə keçirilməsi ilə Azərbaycan dünyaya həm də idman ölkəsi olduğunu nümayiş etdirdi.

Bu Festival bir daha təsdiq etdi ki, Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir.

Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edən mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə apardı. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi isə qızlar idi. İdmançılar 135 dəst medal uğrunda güclərini sınadılar. Mükafatçılara 300 qızıl, 300 gümüş, 330 bürünc medal təqdim edildi. Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərdi.

Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçıları üçün əsl sınaq meydanıdır. Bu, çox az sayda istisnalarla çox idman növlü ilk Olimpiya təcrübəsidir. Bu, gənc idmançıların həyatında idmanın inkişafında yeni səhifənin açılması deməkdir. Burada bacarıqların nümayiş etdirilməsi üçün əla şans var. Bu, həmçinin Avropada idmançıların yeni nəslinin Olimpiya idealları, bütün xalqlar arasında sülh, dostluq və əməkdaşlıq amalları, bütövlük, həmrəylik, düzgünlük və ədalətli oyun ideyaları ilə formalaşdırılmasını sübuta yetirmək fürsətidir.

Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb.

1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.

Azərbaycanın gənc idmançıları 2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə 1 gümüş və 1 bürünc medal qazanıblar.

"Zirvələrə hazırıq” devizi altında keçirilən "Bakı-2019”da isə tarixi zəfər yaşandı. Azərbaycan festivala 122 idmançı ilə qatılmışdı.

Hər bir beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edən idmançılarımız bu Festivalda da bacarıqlarını nümayiş etdirdilər. Gənc atletlərimizin uğurlu çıxışları sayəsində Azərbaycan 23 medalla (10 qızıl, 7 gümüş, 6 bürünc) 48 Avropa ölkəsi arasında 4-cü oldu.

Əminliklə deyə bilərik ki, bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq və gənc atletlərimiz Azərbaycan bayrağını hələ çox zirvələrdə dalğalandıracaqlar.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM