Alternative content

03:29 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xanımların təmizlik “dostu”
Xanımların təmizlik “dostu”
ANA SƏHİFƏ / Elm və texnika
02:49 28.07.2019


İlk paltaryuyan maşının ixtiraçısı almaniyalı Karl Müllerdir. Karl qadınların işini yüngülləşdirmək üçün 1899-cu ildə paltaryuyan maşını icad etdi.

Paltarların yuyulması üçün ağacdan hazırlanmış və pərlə işləyən qurğulardan istifadə olunurdu. Paltar silindrik ağac çənin içərisində xaricdəki dəstəyi irəli-geri hərəkət etdirməklə yuyulurdu. Yuma müddəti 10 dəqiqə məsləhət görülürdü. Sonra paltar çıxarılıb ağac ələyin üstünə qoyulurdu ki, suyu axsın.

1914-cü ildən etibarən paltaryuyan maşınlarda elektrik mühərriklərinin tətbiqinə başlanıldı. Dünyada ilk elektriklə işləyən paltaryuyan maşının ixtiraçısı amerikalı mühəndis Alva Fişerdir. İlk kombinə edilmiş paltaryuyan maşın isə Syevyec Armsın şirkəti tərəfindən istehsal olunub. Bu maşınlarda paltarı yumaq üçün silindrik şəkildə hazırlanmış çəndən istifadə edilirdi. Əvvəllər əl ilə fırlanan silindrik çən sonralar mühərriklə fırladılmağa başladı. Yan tərəfdə yerləşdirilmiş, elektrik mühərriki ilə hərəkətə gətirilən dişli çarx ötürməsinin köməyi ilə təhnə fırladılırdı. Su isə kənarda qızdırılırdı.

Paltaryuyan maşınların inkişafında əsas yenilik ötən əsrin 20-ci illərində təhnənin fırlanan barabanla əvəzlənməsindən ibarət oldu. Başqa üsullarla müqayisədə bu üsul öz üstünlüyünü göstərərək, geniş tətbiq edildi və bu günə kimi də paltaryuyan maşınların tərkib hissəsi sayılır.

1937-ci ildə "Bendix Corporation” şirkəti isə ilk tam avtomatik paltaryuyan maşınını istehsal etdi.

Yeni növ maşınların əsas hissələri tərpənməz bərkidilmiş su qabından və onun içərisində paltar doldurmaq üçün nəzərdə tutulmuş fırlanan barabandan ibarət idi. Bu maşınların əllə paltaryumaya nisbətən daha effektiv işləməsinə baxmayaraq 50-ci illərə qədər hələ də onların tam qələbəsindən danışmaq olmazdı. Onları yalnız imkanlı şəxslər ala bilirdilər.

Maşınların kütləvi istehsalına başlandıqdan sonra onların qiymətləri əhali tərəfindən alıcılıq qabiliyyətinə uyğunlaşdı. İndi demək olar ki, hər ailədə paltaryuyan maşın var.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM