Alternative content

03:29 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanadlı təhlükə
Qanadlı təhlükə
ANA SƏHİFƏ / Səhiyyə
02:47 28.07.2019


Yay aylarında arı sancmaları ilə bağlı hallar artır. El arasında arı sancmalarının insan orqanizminə şəfaverici təsiri olduğu bilinsə də, bəzən bu, ölümə yol aça bilər. Məsələn, allergiyaya meyilli insanlarda, uşaqlarda arı sancması ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxara bilər.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov deyir ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tərkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər”.

Toksikoloq belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirərək izah edir ki, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancsın. Belə halda da çox vaxt ölüm baş vermir. Arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olsa, orada dil və ya digər yumşaq toxumaları sancsa, şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur”.


Arılar insanı o zaman sancır ki...


Arılar insanları yalnız təhlükə hiss etdikdə sancır. Odur ki, həşəratları görəndə dərhal təşvişə düşməmək, onları qovmağa çalışmamaq və sakit qalmaq lazımdır.

Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) baş verər. Bu halda insanı xəstəxanaya tez çatdırmaq lazımdır.

Arı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır. Bunu insanda heç zaman allergiya olmayıbsa belə mütləq etmək lazımdır. Xüsusilə uşaqdırsa.

Ağrı çox narahat edirsə, hər hansı ağrıkəsici preparat vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.

Zədələnmiş yeri axar su ilə yuyub, istənilən antiseptik ("perekis”, spirt, yod və s.) vurmaq lazımdır.

Zərərçəkmişə bol maye (isti şirin çay, şirin su və s.) verin.

Əgər həşəratın sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM