Alternative content

00:42 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya işığına həsrət qalmayın
Dünya işığına həsrət qalmayın
ANA SƏHİFƏ / Səhiyyə
02:45 28.07.2019


Kompüterdən, telefondan çox istifadə etmə nəticəsində əksər insanlarda göz narahatlığı, bir çox hallarda zəifləmə baş verir.

Gözü qorumaq üçün aşağıdakı nüanslara diqqət etməyiniz vacibdir:


1. Göz qızarıqlığına ciddi yanaşın

Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa, soyuq kompres, antiallergik, göz damlalarından istifadə edin. Gözünüzə qum qaçmış kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə mütləq həkimə müraciət edin.


2. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın

Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız ət və dənli bitkilər kimi həzm prosesinə köməkçi olan qidalar ürəklə yanaşı, göz sağlamlığınıza da yararlıdır. Kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağatdan, tərkibində C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları olan qidalardan da istifadə edə bilərsiniz.


3. Kompüterdən istifadə edərkən fasilə verin

Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm məsafədə yerləşdirin.


4. Gün eynəyi yalnız aksesuar deyil

Günəş dəriniz kimi, gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərin artmasının əsas səbəblərindən biri günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu olsa da gün eynəyindən istifadə edin.


5. Linzaların təmizliyinə diqqət yetirin

Linzalardan istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkimi tərəfindən təsdiq edilmiş damla və məhlullardan istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaları təmizləmək üçün istifadə etdiyiniz məhlulları hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzalardan gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM