Alternative content

23:32 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
18:04 26.02.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XV Avropa Gənclər Olimpiya Festivalında 38 ölkənin idmançıları medal qazanıblar
XV Avropa Gənclər Olimpiya Festivalında 38 ölkənin idmançıları medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
23:09 27.07.2019

Aktivində 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan komanda hesabında dördüncü yerdədir


Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı yeddi günlük maraqlı idman mübarizəsindən sonra iyulun 27-də başa çatdı. Atletlər Bakıdakı 12 arenada idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardılar.

AZƏRTAC xəbər verir ki, festivalda qaliblər üçün nəzərdə tutulan 300 qızıl, 300 gümüş və 330 bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanılıb.

Bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. İlk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.

Medal qazanan digər ölkələr isə aşağıdakılardır: Rumıniya (4-10-5), Almaniya (4-7-15), Xorvatiya (4-1-0), İsveç (3-1-2), Estoniya (3-0-2), Hollandiya (2-3-4), Finlandiya (2-3-1), Çexiya (2-1-3), İrlandiya (2-0-2), Norveç (1-6-2), Gürcüstan (1-5-7), Danimarka (1-1-3), Bolqarıstan (1-1-0), Kipr (1-0-2), İsrail (1-0-1), Kosovo (1-0-0), Avstriya (1-0-0), Macarıstan (0-9-12), Belçika (0-5-2), İsveçrə (0-2-2), Moldova (0-1-4), Yunanıstan (0-1-3), Serbiya (0-1-3), Portuqaliya (0-1-0), Litva (0-1-0), Latviya (0-0-1), Slovakiya (0-0-1) və Sloveniya (0-0-1).

XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM