27 Iyul 2019 22:54
506
DÜNYA
A- A+

ABŞ-ın ardından Bəhreyn də edam hökmlərini icra edir

ABŞ-ın ardından Bəhreyn Krallığında da edam hökmlərini icra etməyə başlayıblar. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Krallığın baş prokuroru Əhməd Əl Həmmadi iyulun 27-də məhkəmənin barələrində ölüm hökmü çıxardığı üç nəfərin edam edildiyini bildirib.

Bəhreynin rəsmi xəbər agentliyi (BNA) bildirib ki, Krallığın Ali Məhkəməsi terrorçu qruplaşmaların üzvü olan və qətllərdə, terror aktlarının həyata keçirilməsində təqsirli bilinən üç gəncin edam cəzasına məhkum edilməsi barədə əyalət məhkəməsinin 2017-ci ildə verdiyi qərarı təsdiq edib.

Qeyd olunub ki, insan hüquqları müdafiəçiləri Bəhreyndə ölüm hökmünün ləğv edilməsi tələbi ilə bir neçə dəfə etiraz aksiyaları keçiriblər. BMT-nin ekspert qrupu da bu ölkədə təriqət zəminində qarşıdurmalarda iştirak edənlərin barəsində edam cəzası verilməsindən narahatlığını ifadə edib. Vurğulanıb ki, Bəhreyndə şiələrə qarşı təqib halları son illərdə daha da güclənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video