27 Iyul 2019 13:27
553
DÜNYA
A- A+

Yaponiyanın MOMO raketinin növbəti buraxılışı uğursuz olub


Yaponiyanın Interstellar Technologies şirkətinin istehsalı olan MOMO raketinin dördüncü buraxılışı uğursuz olub. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, raketin kosmosa göndərilməsi şirkətin saytında canlı yayımlanıb. Buraxılış uğurla keçsə də, bir müddətdən sonra göyərtədəki kompüter nasazlıq aşkar edib və mühərriki avtomatik olaraq söndürüb. Nəticədə raket okeana düşüb.

Yapon şirkətinin bu raketinin yalnız birinin buraxılışı uğurlu keçib. Ötən ilin mayında kosmosa göndərilən raket açıq kosmosa çıxa bilib və 113 kilometr yüksəkliyə qalxıb. Okeana düşən raketin də açıq kosmosa çıxması və xüsusi qurğunun vasitəsilə kiçik təyyarə maketinin kosmosa buraxılaraq kamera vasitəsilə izlənilməsi nəzərdə tutulurdu. Bundan başqa, eksperiment üçün raket yanacağına Vakayama prefekturasından gətirilən sake (yapon spirtli içkisi) əlavə ediblər. Bunu alkoqollu içkilər istehsal edən bir yapon şirkətinin reklamı məqsədilə ediblər. Bu kosmik missiyanın daha bir maraqlı cəhəti kosmosa bürgerlərin və dünyada ən bahalı olan "Panama geyşa” şirkətinin istehsalı olan qəhvə dənələrinin aparılması olub.

MOMO raketinin uzunluğu cəmi 10 metr olub, çəkisi isə 1 tona yaxındır. Onun hazırlanmasına 445 min dollar vəsait sərf olunub.

Xatırladaq ki, 2018-ci ilin fevralında Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi eyni parametrlərə malik olan və cəmi 3 kiloqram çəkisində TRICOM1 kommunikasiya peykini SS-520s raketi ilə kosmosa göndərib. Sonradan həmin raket dünyanın ən kiçik kosmik aparatı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video