Alternative content

10:02 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələcəyin etibarlı təminatı
Gələcəyin etibarlı təminatı
ANA SƏHİFƏ / SİYASƏT
02:45 27.07.2019


Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir


Xalqımızın milli dəyərlərinə və dövlətçiliyə bağlı, sağlam düşüncəli, yüksək intellektli gəncliyin formalaşdırılması, onun cəmiyyət həyatının hər bir sahəsində fəallığının artırılması respublikamızda uğurla reallaşan gənclər siyasətinin əsas məqsədləridir. Bu prinsiplər əsasında görülən işlər bir sferada gənclərin öz bilik və bacarıqlarını realizə etmələrinə geniş imkanlar yaradır.

Çağdaş dövrdə gənclərlə iş sahəsində əldə olunan nailiyyətlər hər bir ölkənin inkişafının səviyyəsini, potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan dövləti də gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu baxımdan Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Ötən 16 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - deyən Prezident İlham Əliyev qərarları ilə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq edib. Ölkə rəhbərinin təsdiq etdiyi və 2005-2009-cu illərdə həyata keçirilən dövlət proqramı gənclərə olan qayğının davamı idi. Neft gəlirlərini "insan kapitalı”na çevirmək siyasətini yürüdən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkədə "Gənclər ili” elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi isə gənclərə etimad və münasibətin növbəti əyani təzahürü oldu.

Bu gün gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq üçün onların hazırladıqları layihələrə xüsusi diqqətlə yanaşılır. Gənclərə öz fikirlərini daha sərbəst bildirirlər. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsi kimi yaradılan Gənclər Fondu tərəfindən mütəmadi olaraq qrant müsabiqələri elan olunur, gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edən və ictimai fəallığını artıran layihələr dövlət tərəfindən dəstəklənir.

Bununla yanaşı, regionlarda "Gənclər Evi”nin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verib.

Hazırda 2017-2021-ci illəri əhatə edən üçüncü proqram icra olunur. Proqramın məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada göstərilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub.

Strategiyanın məqsədi 2015-2025-ci illər ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Bunun üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni strategiya növbəti illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir. Bütün bunların yerinə yetirilməsi isə indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsini və davamlı inkişafını təmin edəcək. Bu mənada "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.

Bu il fevralın 1-də Bakı Konqres Mərkəzində keçirilən Gənclər Gününə həsr olunmuş respublika toplantısı bir həqiqətin - Azərbaycanda həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin növbəti təsdiqi oldu. Cənab Prezident tədbir boyu gənclərlə bir yerdə oldu, nitq söylərək onlara tövsiyələrini verdi. Dövlət başçısı həm də gəncləri dinlədi. Azərbaycan gənclərinin müstəqillik dövründə yaşadıqlarını, ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini vurğulayan Prezident İlham Əliyev dedi: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər”.

Həmin toplantıda İlham Əliyev gənclərə inandığını bəyan etdi, onlara uğurlar arzuladı. Bəli bu, Prezidentin gənclərə göstərdiyi böyük etimaddır. İndiyədək respublikamızda gənclərlə iş sahəsində həyata keçirilən mükəmməl dövlət siyasəti gəncliyin inkişafına böyük təkan verib, onun cəmiyyətdə özünü təsdiq etməsində böyük rol oynayıb. Gənclərimiz beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslərdə də yaxından iştirak etməklə həm dünyaya inteqrasiya olunub, həm də ölkəmizi tanıdıb. Azərbaycan gəncləri bundan sonra da dövlət siyasətindən yararlanacaq, layiqli vətəndaşlar kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərəcək və bununla da onlara bəslənən etimadı hər sahədə doğruldacaqlar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM