Alternative content

03:26 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
02:42 27.07.2019


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi (bundan sonra - Müsabiqə) təsis edilsin.

2. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının Vergilər naziri

Azad Rəhimov - Azərbaycan Respublikasının Gənclər və İdman naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının Təhsil naziri

Sahil Babayev - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Anar Ələkbərov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi:

3.1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirsin;

3.2. Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratsın və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etsin;

3.3. Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etsin.

4. Bu Sərəncamın 3.2-ci hissəsi ilə yaradılmış işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etsin.

5. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.

6. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2019-cu il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM