27 Iyul 2019 02:38
965
İDMAN
A- A+

Cüdoçuların zəfəri davam edir


XV Avropa Gənclər Olimpiya Festivalı bu gün başa çatır. Bakıda keçirilən yarışların hər günü tarixə qızıl hərflərlə yazılmaqda davam edir. Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan 48 ölkədən 3600-dən çox 14-18 yaşlı idmançıların qatıldığı Festivala ən yüksək formada evsahibliyi etməklə bir daha istənilən beynəlxalq idman yarışlarını keçirməyə qadir olduğunu sübut etdi. Azərbaycan adını Avropa Olimpiya hərəkatının tarixinə yazdırmaqla yeni uğura imza atdı.

Azərbaycan idmançıları da yarışlardakı uğurlu çıxışları, parlaq qələbələri ilə öz adlarını bu şanlı tarixə qızıl hərflərlə yazdırır və uğurla davam etdirərək ümidləri doğruldurlar. Atletlərimiz bugünə kimi ümumilikdə 23 medal (10 qızıl, 7 gümüş, 6 bürünc) qazanıblar.

Pəhləvanlarımızdan sonra medal estafetini davam etdirən cüdoçularımız son 3 gündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov (+90 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları Şükran Zamanlı (55 kq), Gülşən Bəşirova (44 kq) və Məhərrəm İmamverdiyev (81 kq) yazdırıblar.

Dünən cüdoda yarışların üçüncü günündə qızlar 70 kq və +70 kq, oğlanlar 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycanın dörd idmançısı tatami üzərinə çıxıb.

Kişilərin +90 kq çəki dərəcəsində mübarizəsində Hüseyn Məmmədov səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ipponla qalib gələrək dörddəbir finala yüksəlib. O, bu mərhələdə yunanıstanlı Aristotelis Aris Leonidisi vazari xalı ilə məğlub edərək yarımfinala adlayıb. Hüseyn finala gedən yolda moldovalı Alin Baqrinlə qarşılaşıb və ipponla qalib gəlib. Həlledici mərhələdə cüdoçumuz rusiyalı Axmed Maqomedovla qarşılaşmadan qalib ayrılaraq Festivalı qızıl medalla başa vurub.

Digər təmsilçilərimizdən Məhərrəm İmamverdiyev (81 kq) onaltıdabir finalda rumıniyalı Vlad Topalaya (Rumıniya) ipponla qalib gəlsə də, növbəti mərhələdə ukraynalı Timur Valiyevə məğlub olub.

Təmsilçimiz təsəlliverici görüşlərdə Karl Battendən (İsveç) və Samuel Retdən (Slovakiya) üstün olmaqla, bürünc medal qazanmaq şansı əldə edib. Üçüncü yer uğrunda israilli İftaç Badaşla üz-üzə gələn Məhərrəm qalib gələrək turnirin bürünc medalına sahib olub.

Ruslan Nəsirli (90 kq) ilk görüşdə bolqarıstanlı Borislav Vladova, Nərmin Əmirli (70 kq) isə hollandiyalı Yael Van Hemstə uduzublar. Xanım cüdoçumuz təsəlliverici görüşə qatılsa da, yenə tatamidən məyus ayrılıb.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video