Alternative content

05:17 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölümə inad...
Ölümə inad...
ANA SƏHİFƏ / Mədəniyyət
02:35 27.07.2019


Zirvəsində dayandığı şöhrət, ünvanına can atan hədsiz-hüdudsuz sevgi... Oxucuları təsirləndirən, ovsununa salan əsərləri... Bənzərsiz istedadı onu Nobel mükafatçısı da etmişdi. Bir yazıçıya daha nə lazım idi ki? Dünya Ernest Heminqueydən danışırdı...

Onun isə bunların heç biri eyninə deyildi. Ernest Heminquey ölümün ardınca düşmüşdü. Amma cəhdləri boşa çıxırdı. Ölüm atlı olmuşdu, o piyada...


Təbiətə və ədəbiyyata sevgi...


O, 1899-cu ilin 21 iyulunda Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya gəlmişdi. Atası Klarens Edmont həkim, anası Qreys Holl opera müğənnisiydi. Ernest altı uşaqlı ailənin böyüyü idi. Kiçik yaşlarından atasının sevimlisiydi. Ernestin üç yaşı olanda birlikdə balıq tutmağa gedirdilər. Təbiəti sevməyi də atasından öyrənmişdi. Bir də kitablar Ernestin ən yaxın sirdaşı idi. On yaşında atasının şəxsi kitabxanasında oxumadığı kitab qalmadı. O, təbiət qədər ədəbiyyata da vurğun idi. Amma atası Ernesti həkim görmək istəyirdi, anası isə onun musiqiçi olmasını arzulayırdı. O, Ernesti violonçel sinfində oxutdurur, tez-tez kilsəyə apararaq xorda oxumağa məcbur edirdi.

On iki yaşında ikən ona babası 20 çaplı təklülə ov tüfəngi bağışladı. Bu hədiyyə ilə baba Ernestin qəlbində yerini möhkəmlətdi. Babasının ona danışdığı ov əhvalatları isə gələcəkdə dünya şöhrətli əsərlərə mövzu olacaqdı.

Ov həvəsi atasının sayəsində daha da güclənirdi. İlk hekayəsini bu təəssüratla yazdı. Ov mövzusunda qələmə aldığı əsərinin qəhrəmanını atasına, bir az da babasına bənzədirdi. Hekayənin sonunda qəhrəmanı ovda faciəli şəkildə həlak olurdu. Klarens eyni taleyi yaşadı. Ernest sanki 1928-ci ildə intihar edəcək atasının başına gələcəklərini qabaqcadan duyaraq yazmışdı həmin əsəri.

O faciəli gün illər sonra olacaqdı. Hələ ki gənc Ernest Heminquey macəra axtarır, həyatını təhlükələrə atırdı. Gördüklərini, düşüncələrini məşğul edən hadisələri əsərlərinin mövzusuna çevirirdi.

1916-cı ildə Şimali Miçiqan ştatına səyahətindən çoxlu mövzularla geri döndü. "Jinqan zəncirləri” adlı hekayəsini yazdı. Çox keçmədi ki, "Trapesiya” adlı məktəb qəzeti üçün reportajlar hazırlamağa başladı.

Məktəbi bitirəndə valideynlərinin ondan ilk tələbləri universitetdə təhsil almaq oldu. Deyilənlərə əməl etmək əvəzinə Kanzas Siti şəhərinə getdi. Yerli "Star” qəzetində işə düzəldi. Redaksiyanın tapşırığı ilə şəhərin baş xəstəxanası, dəmiryol vağzalı və polis şöbəsi yerləşən hissələrindən reportajlar hazırlayırdı. Oğruları, muzdlu qatilləri, fırıldaqçıları və başqa cinayətkarları görür, tanıyırdı. Hadisə yerindən hazırladığı operativ reportajlar Ernestə yalnız redaksiya rəhbərliyinin və oxucuların sevgisini qazandırmır, ona bədii yaradıcılığı üçün yeni mövzular da verirdi.


Macəra axtarışında...


Orduda xidmət etmək üçün müvafiq qurumlara müraciəti uzun müddət nəticəsiz qaldı. Gözləri zəif idi. Ruhdan düşməyən Ernest, nəhayət, yaxın tanışı vasitəsilə "Qırmızı xaç”ın sürücüsü kimi İtaliyaya göndərilməyə nail oldu. Sanitar maşınının sürücüsü kimi cəbhə xəttinə göndərildi. 1918-ci il iyulun 8-də yaralı italiyalı snayperi döyüş meydanından çıxaran Ernesti avstriyalı əsgərlərin açdıqları atəş ölümlə qarşılaşdırdı. Həkimlər onu həyata qaytara bildilər. Zədələnmiş diz qapağını alüminium protezlə əvəz etdilər. Ordudan tərxis olundu. İtaliya cəbhəsində vuruşan ilk qəhrəman kimi bütün Amerika qəzetləri onun barəsində geniş yazılar dərc etdilər. Heminquey İtaliya kralı tərəfindən "Fədakarlığa görə” gümüş medal və "Hərbi xaç” ordeni ilə təltif olundu.

Bir il müharibədə aldığı yaraları müalicə etdirdi. 1920-ci ildə yenidən jurnalistika ilə məşğul olmaq üçün Toronto şəhərinə yollandı. "Toronto star” qəzetində işə başladı.

1921-ci il sentyabrın 21-də gənc pianoçu Hedli Riçardsonla evləndi. Birlikdə Parisə getdilər.

Heminquey ədəbiyyat sahəsində ilk böyük uğurunu 1926-cı ildə qazandı. "Və Günəş doğur” adlı romanı çap olundu. 1927-ci ildə "Qadınlarsız kişilər”, 1933-cü ildə "Qalib heç nə almır” adlı seçilmiş hekayələri nəşr edildi. Qərbdə isə 1929-cu ildə qələmə aldığı "Əlvida silah” romanı onu daha çox şöhrətləndirdi.

Yazıçı kimi uğur qazananda atası hələ həyatdaydı. 1927-ci ildə çap etdirdiyi və xeyli qonorar aldığı "Kişilərsiz qadınlar” hekayələr toplusunu böyük ümidlə atasına göndərdi. Personajların dilindəki vulqarlıq, baş qəhrəmanın qonoreya xəstəliyindən əziyyət çəkməsi Klarens Edmontu əsəbiləşdirdi və o, kitabları geri qaytardı. Oğlunu danışdırmadı.

1930-cu ilin payızında düşdüyü avtomobil qəzasından ağır zədələr aldı. Müalicəsi yarım il çəkdi. Həmin müddətdə də ədəbi yaradıcılıqdan uzaqlaşmadı. 1932-ci ildə "Günortadan sonra ölüm” adlı roman yazdı.

Ovçuluğa marağı 1933-cü ilin sonlarında onu Afrikadakı Tanqanika gölü ətrafına apardı. Orada xəstələndi. 1934-cü ilin yanvarında vəziyyəti ağırlaşdı. Yazıçını İngiltərənin bölgədəki hospitalına apardılar. Bu dəfə də həkimlər onu çətinliklə sağaltdılar. Və həkimlər Ernestə ovçuluqla məşğul olmağı qadağan etdilər. Afrikaya ov səfəri təəssüratları barədə 1935-ci ildə "Afrikanın yaşıl təpələri” adlı kitabı çapdan çıxdı.

1937-ci ildə oxucularına "Olsun, olmasın” romanını təqdim etdi. Həmin illərdə dünyada baş verən siyasi proseslərlə yaxından maraqlanırdı. Bu maraq onu İspaniyaya gətirdi. Frankoya qarşı vuruşan respublikaçıların sırasına qoşuldu. "İspaniya torpağı” adlı sənədli filmin ssenarisini, "Beşinci kolonna” adlı pyesini də o vaxtlar yazdı. Döyüş bölgəsində amerikalı jurnalist Marta Hellhornla tanış oldu. Evə dönən Heminquey Marta ilə evləndi. 1940-cı ildə yazıçının İspaniyada vətəndaş müharibəsini əks etdirən "Kim üçün çalınır zəng” adlı romanı çap olundu.

1941-ci il... O, Baltimorda günlərini "Pilar” adlı şəxsi kateri ilə yenə balıq ovunda keçirirdi. Həmin il dekabrın 7-də Yaponiya ABŞ-ın Sakit okeandakı Perl-Harbor adasında yerləşən hərbi bazasına hücum etdi. Heminquey əks-kəşfiyyat qrupu yaradaraq "Pilar” adlı kateri ilə alman sualtı qayıqlarının və casusların üzə çıxarılması əməliyyatlarında iştirak etdi. Normandiyaya çıxarılan desant hissələrinə qoşuldu, kəşfiyyatda iştirak etdi. Fransa partizanlarına qoşulan Heminquey Paris, Belçika və Elzas uğrunda gedən döyüşlərin iştirakçısı oldu.

1949-cu ildə yenə Kubaya getdi. 1952-ci ildə "Qoca və dəniz” povestini yazdı. Bir il sonra bu əsərə görə beynəlxalq "Pulitser” mükafatı ilə təltif olundu. Həmin il Afrikaya gedən yazıçı təyyarə qəzasına düşdü. Yenə ölüm ondan yan keçdi. 1954-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü.


Ölümlə oyun oynayan yazıçı


Dönə-dönə ölümlə üzləşmişdi. Qəzalarda, döyüş bölgələrində aldığı yaralar sağlamlığına zərbə vurmuşdu. 1950-ci illərin ortalarından depressiyadan və paranoyyadan əziyyət çəkirdi. Hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən izlənildiyini zənn edirdi. Xəstəxanaya aparıldı. Cərəyan verməklə edilən müalicənin nəticəsi ağır oldu. 20 seansdan sonra yaddaşını itirən Heminquey fikrini sərbəst ifadə edə, yaza bilmədi. Vəziyyətinin ağırlaşdığını görən yazıçı ölüm fərmanını verdi. Hətta necə intihar edəcəyini dəfələrlə dostlarına göstərdi. O, tüfəngin lüləsini çənəsinə dirəyir, tətiyi çəkirdi. Dostları Heminqueyin etdiklərini zarafat bilib, gülürdülər.

Qüssəli, keşməkeşli həyat yaşayan Ernest qadınları sevir, amma onlara inanmırdı. Anasını atasının intiharında günahlandırırdı. Buna görə onun dəfninə getmədi. 1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa vadar etdi. Aydaxo ştatındakı Ketçum şəhərində yaşamaq qərarına gəldi. Ancaq həyatın növbəti sınaqları burada da onu gözləyirdi.

Ölümə ilk cəhdi 1961-ci il aprelin 16-da oldu. Amma qonaq otağına girən Meri həyat yoldaşının tüfəngə patron qoyduğunu gördu. Yazıçının vəsiyyətnaməsi isə masanın üstündəydi. Meri çətinliklə Heminqueyi fikrindən döndərdi və təcili həkimi çağırdı. Ertəsi gün yazıçı yenidən intihar etmək istədi. O, qonaq otağının qapısını bağladı... Ancaq yaxınları bu dəfə də vaxtında xəbər tutdular. Silahı güclə ondan aldılar. Yenə Heminqueyi psixiatrik klinikaya müalicəyə göndərdilər. Ancaq qarabasmalar bitmirdi. Yazıçıya elə gəlirdi ki, onu izləyirlər. Müalicəsi iki aydan artıq davam etdi. Onu evə buraxdılar. Bir neçə gün sonra - 1961-ci il iyulun 2-də onu gözdən qoymayan həyat yoldaşı Merinin və digər yaxınlarının nəzərindən yayınan Ernest Heminquey ov silahı ilə alnına atəş açdı. O da babası və atası kimi həyatını intiharla başa vurdu. Yazıçı bu dəfə vəsiyyətnamə də yazmamışdı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM