Alternative content

11:53 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:25 13.12.2019 BİZ İNSANIQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər
“Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər
ANA SƏHİFƏ / Mədəniyyət
21:50 26.07.2019

İyulun 26-da "Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının "Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz "Jara” festivalına nə arzulayardınız?” sualını Leyla Əliyeva belə cavablandırıb:

-Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram.

Qırmızı xalı üzərindən Emin Ağalarov, Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Diana Arbenina, Filipp Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, "Lyube”, "Cosmos Girls”, "Novıe samotsvetı”, "Fabrika”, "Ruki Vverx”, "Otpetıe moşenniki”, "Artik & Asti” qrupları keçiblər.

Festivalın möhtəşəm keçdiyini deyən Azərbaycanın Xalq artisti Emin Ağalarov tamaşaçıları bu gün də çox zəngin proqramın gözlədiyini vurğulayıb.

Emin Ağalarov "Jara” haqqında çəkilmiş filmin təqdimatının keçirildiyini və çox maraqla qarşılandığını deyib.

Festivalın əhəmiyyətini vurğulayan Filipp Kirkorov burada tanınmış estrada ulduzlarının özlərini rahat hiss etdiklərini, tamaşaçı sevgisindən zövq aldıqlarını söyləyib. Qeyd edib ki, "Jara-2019” bu dəfə də hər kəsə müsbət əhval-ruhiyyə bəxş edəcək. Yenidən "Jara”nın səhnəsini bölüşməyim və bu festivala böyük tamaşaçı marağının olması bizi çox sevindirir.

Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar. Onlar festivalın önəmini qeyd edib, təqdim olunacaq musiqilərin tamaşaçıların zövqünü oxşayacağını bildiriblər.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM