Alternative content

14:02 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb
Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb
ANA SƏHİFƏ / Mədəniyyət
17:19 26.07.2019

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 26-da Quba rayonunda vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbuldan sonra mətbuata açıqlama verən nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, regionlarda keçirilən bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: "Sevindirici hal ondan ibarətdir ki, vətəndaşlarımızın əsas müraciətləri yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətindədir. Məlum olduğu kimi, Quba-Qusar bölgəsi həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlarımızdandır. Ona görə də mədəniyyət müəssisələri qonaqlara təqdim etdikləri mədəni xidmətləri daha da inkişaf etdirirlər. Burada yerləşən abidələrin bərpası, tarixi irsimizin təbliğ olunması ilə əlaqədar maraqlı təkliflər səsləndirildi. Ölkəmizin digər yerlərində olduğu kimi, Quba rayonunda da bir sıra tarixi abidələr bərpa olunub. Bu proses bundan sonra da davam etdiriləcək. Bütün müraciətlər nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq”.

Nazir həmçinin ölkəmizin bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verib. Qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.

Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM