26 Iyul 2019 17:17
494
İQTİSADİYYAT
A- A+

Ekspert: Cari ildə dövlət büdcəsinin daxilolmaları artıb


Cari ilin ötən dövründə keçən ilin müvafiq ayları ilə müqayisədə dövlət büdcəsinin daxilolmalarında artım müşahidə edilib.

Bu sözləri AZƏRTAC-a İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, bu ilin birinci yarısında vergi daxilolmaları üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan çox vəsait ödənilib. Onun sözlərinə görə, vergi orqanları tərəfindən dövlət büdcəsinə 240 milyon manatadək vəsait daxil olub. Bu da proqnozlaşdırılan həcmdən 8,5 faiz çoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalarda artım müşahidə olunub.

V.Bayramov əlavə edib ki, qeyri-neft sektorundan büdcəyə daxil olan maliyyə vəsaitinin həcmi də artıb. Bu artım iqtisadiyyatın həmin sahənin inkişafının sürətlə getdiyini göstərir.

O vurğulayıb ki, vergi daxilolmalarının artması hesabına ölkə başçısı 2019-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə sənəd imzalayıb. Yeni sənədə görə, bir sıra maddələrdə dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, müdafiə xərcləri 150 milyon manat artırılıb. Bu artımlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır.

Vüqar Bayramov bildirib ki, sentyabrdan minimum əməkhaqqı və pensiyalar artırılacaq. Bundan başqa, təhsil sektorunda əməkhaqlarının artırılması dövlətin sosial sahəyə diqqətinin göstəricidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video