26 Iyul 2019 12:45
563
DÜNYA
A- A+

ABŞ-da 16 ildən sonra ölüm hökmləri federal səviyyədə icra olunacaq


ABŞ-da 16 ildən sonra ölüm hökmləri federal səviyyədə icra olunacaq. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatların baş prokuroru Uilyam Barr bununla bağlı bəyanat verib. O, Federal Penitensiar Xidmətə barəsində ölüm hökmü verilmiş beş məhkumun edam olunması tapşırığını verib. Baş prokuror bildirib ki, edam cəzasına məhkum olunmuş şəxslər uşaqların və ahıl insanların qətli və zorlanması ittihamları ilə həbs ediliblər. Onların edamı bu ilin dekabrında və 2020-ci ilin yanvarında icra olunacaq.

ABŞ-da Federal Ədliyyə Nazirliyi, ölkənin bir neçə ştatından fərqli olaraq, 2003-cü ildə edam hökmünün yerinə yetirilməsinə qeyri-formal moratorium qoyub. Bu qərar Fars körfəzində ilk müharibənin 53 yaşlı veteranı Lusi Consun 19 yaşlı hərbi qulluqçunu qətlə yetirməsi ittihamı ilə edamından sonra verilib.

Birləşmiş Ştatlarda bir çox cinayət işi federal səviyyədə, digərləri isə ştatların məhkəmələrində baxılır. Bəzi cinayətlər, məsələn, qəlp pul düzəldilməsi və digər xüsusi ağır cinayətlər avtomatik olaraq federal məhkəmələrə göndərilir. 1972-ci ildə ABŞ-ın Ali Məhkəməsi federal səviyyədə və ştatlarda ölüm hökmünü ləğv edib. Lakin 1976-cı ildə bəzi ştatlara edam cəzasını bərpa etməyə icazə verilib. 1988-ci ildə isə federal səviyyədə ölüm hökmünün bərpa olunması barədə qanunverici akt qəbul olunub. Hazırda Birləşmiş Ştatların həbsxanalarında ölüm hökmünə məhkum edilmiş 62 nəfər var. Amma 16 il ərzində bu hökmlər icra edilməyib. Rəsmi moratorium elan edilməsə də, inzibati gecikmələr, çox uzun apelyasiyalar, həmçinin ən ağır cəzaya məhkum olunmuş məhbusların sayının az olması bu hökmlərin yerinə yetirilməməsinə səbəb olub.

Tramp Administrasiyası bu vəziyyəti dəyişmək istəyir. Hərçənd ABŞ-da edamların yerinə yetirilməsi üçün kimyəvi preparatlar çatışmır. ABŞ Prezidenti öz bəyanatında bildirib ki, çox ağır cinayətlər törədən şəxslərə qarşı çox yumşaq davranılır və onlara həddindən artıq apelyasiya şikayətləri vermək imkanı yaradılır.

İctimai rəy sorğusu göstərib ki, amerikalıların əksəriyyəti ölüm hökmünün tərəfdarıdır, amma bu cür düşünən insanların sayı getdikcə azalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video