Alternative content

01:51 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 25 illik tarix
25 illik tarix
ANA SƏHİFƏ / İDMAN
00:37 26.07.2019


Ölkəmizdə gənclər və idman sahələrində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətə başlamasının 25-ci ili tamam olur. 25 il bir dövlət təsisatının fəaliyyəti üçün kifayət qədər əhəmiyyətli tarixdir. Bu illər ərzində əldə olunmuş təcrübənin, formalaşmış ənənələrin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf etməsi isə ikiqat qürur doğurur.

Çünki Azərbaycanın müstəqillik tarixində bu dövlət qurumunun 25 illik fəaliyyətinin özünəməxsus yeri və rolu vardır.


Gələcəyin təminatı


Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə yaradılmışdır. Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsi, gənc nəslin yaradıcılıq potensialının, qüvvəsinin, bilik və bacarığının milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının reallaşdırılmasına yönəldilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi nazirlik qarşısında əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilmişdir.

Heydər Əliyevin ölkəmizin çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından təxminən bir il sonra belə bir təsisatın yaradılmasına qərar verməsi isə heç də təsadüfi deyildi. Gəncliyin sağlam ruhda yetişməsi, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox mühüm bir məsələ idi. Gənclik cəmiyyətin aparıcı qüvvəsini təşkil etdiyindən mütərəqqi ideyalar, inkişaf və inteqrasiya hər zaman onlardan başlanır. Öz gənclərinə dəyər verən, onların fərdi inkişafına, potensiallarını reallaşdırmalarına dəstək olan dövlət, cəmiyyət, əslində bununla özünün xoşbəxt və firavan gələcəyini təmin edir. Ona görə də mükəmməl gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunda hər zaman prioritet istiqamət idi. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev Azərbaycan gəncliyi üçün yüzlərlə yeni tədris ocağının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılmasına, gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsində ədalət meyarının qorunmasına, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində müasir ixtisaslara yiyələnməsinə nail olmuşdu.


Gəncliyin seçdiyi kurs


Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan gəncliyinin həyatında çox çətin sınaqlar dövrü başlandı. Dövlət gənclər siyasəti, demək olar ki, unuduldu. Hakimiyyət iddiası ilə yaşayan qeyri-sağlam qüvvələrin gənclərdən öz məqsədləri üçün istifadə meyilləri baş qaldırdı. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsinə, sabaha inamı itirməsinə gətirdi. Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra cəmiyyət həyatının bir çox sferaları kimi bu sahədə də vəziyyət kökündən dəyişdi. Bir məqamı xüsusi qeyd edək ki, bu qayıdışı ən çox arzulayan, ölkənin, xalqın üzləşdiyi böhranlı vəziyyətdən çıxmasından ötrü nicatı qüdrətli liderin zəngin dövlətçilik təcrübəsində görən böyük əhali qruplarından biri də elə məhz gənclərimiz idi.

Azərbaycan gəncliyinin arzu və ümidlərini həssaslıqla duyan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra ilk böyük görüşünü də elə məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrildi.

1994-cü il iyulun 26-da yaradılmış Gənclər və İdman Nazirliyi də öz 25 illik fəaliyyəti ilə Azərbaycanın sağlam düşüncəli gənclərinin arzu və ümidlərinin ifadəçisi oldu. İstəklərini reallaşdıra bilmələri üçün onlara münbit şərait yaratmağa, ideyalarına meydan verməyə çalışdı. Bu nazirliyin yaradılması ilə dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Bu isə gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi.


İnkişaf yollarında


1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, 1997-ci ilin 2 fevralından isə həmin günün "Azərbaycan gəncləri günü” elan edilməsi də bu tarixin əlamətdar məqamlarındandır. O dövrlərdən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti ilə bağlı dəqiq, əsaslı konsepsiya müəyyən edilmiş, bu sahədə müasir dövrün ruhuna uyğun qanunvericilik bazası formalaşdırılmış, müvafiq dövlət proqramları qəbul edilərək uğurla icra olunmuşdur. Bütün bunlar isə Azərbaycan gəncliyinin sosiallaşmasına, ictimai fəallığının yüksəlməsinə, fərdi inkişafına, modernləşmə və eyni zamanda milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Əslində, Gənclər və İdman Nazirliyinin 25 illik fəaliyyət tarixinin çox böyük bir hissəsi həm də Prezident İlham Əliyevin adı ilə bağlıdır. İdmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılması məlumdur ki, hər bir ölkənin gənclər siyasətində çox önəmli rol oynayır. Hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı dünya idman arenasında tanıtmaq üçün ölkəmizdə olimpiya hərəkatının genişlənməsi prosesinin əsasını qoydu. Qısa müddət ərzində regionlarda onlarla yeni olimpiya idman kompleksləri tikilərək istifadəyə verildi. Azərbaycan Prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası da ölkəmizin milli mənafeyinin təmin olunmasına, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə məsələlərinə, onların faydalı məşğulluğuna, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsinə böyük töhfələri ilə tarixə yazıldı.

Azərbaycan Prezidentinin 2007-ci ili ölkəmizdə "Gənclər ili” elan etməsi də çox mühüm tarixi hadisə kimi dövlətimizin gənclərə göstərdiyi yüksək diqqət və qayğını əyani şəkildə təcəssüm etdirirdi. "Gənclər ili” ölkə həyatında yeniyetmə və gənclərin fəallığının artmasına böyük təkan oldu. Elə həmin il gənclərin xaricdə təhsil almasına dəstək verən müvafiq dövlət proqramının qəbulu da onlara geniş imkanlar yaratdı. Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın ən nüfuzlu təhsil ocaqlarında müasir ixtisaslara yiyələndi.

Ötən illər ərzində gənclərin təhsili ilə yanaşı, məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılmışdır. 2008-ci ilin sentyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən, dünyanın yüzdən çox ölkəsindən 600-ə yaxın qonağın qatıldığı "Gənclərin məşğulluq sammitinə” evsahibliyi etməklə Azərbaycan məşğulluq probleminin aradan qaldırılması sahəsində görülən işləri qürurla ortaya qoydu.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) və "Azərbaycan Gəncliyi (2011-2015-ci illərdə) Dövlət Proqramı”, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”, "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”, "2007-2013-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı” və bir sıra digər mühüm dövlət sənədləri gəncliyə diqqət və qayğının bariz təzahürüdür.


İdman ölkəsi


Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” yaradılıb. Bu fond Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış gözəl bir imkandır. Fəaliyyət göstərdiyi illər ərzində fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, müxtəlif sferalar üzrə ardıcıl, uğurlu və dinamik bir inkişafın baş verdiyinə şahid oluruq.

Cənab İlham Əliyevin davamlı səyləri nəticəsində ölkəmiz artıq dünyanın qabaqcıl idman dövlətlərindən birinə çevrilib. Ötən illər ərzində Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına uğurla evsahibliyi etməsi bunun sübutudur. Son onilliklərdə ölkəmizdə idmanın müxtəlif növləri üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı (2005), Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı (2009), Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı (2010), Cüdo üzrə kişilər arasında dünya kuboku (2011), Boks üzrə dünya çempionatı (2011), 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı (2012) və s. bu tədbirlərin hələ yalnız müəyyən bir hissəsidir. Ümumdünya Şahmat Olimpiadası (2016) və 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilən "Formula-1” üzrə Qran-pri yarışları, bu ilin mayında paytaxtımızın evsahibliyi etdiyi futbol üzrə UEFA Avropa Liqasının final oyunu və digər möhtəşəm idman tədbirləri ilə sıranı daha da genişləndirmək olar.


Universal dəyərlərin təbliği


Bu kontekstdə ən əlamətdar hadisə isə I Avropa Oyunlarının 2015-ci ildə ölkəmizdə təşkili idi. 12-28 iyun 2015-ci il tarixlərində baş tutmuş Avropa Oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışırdı. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın tədbirin təşkili üçün cəmi iki il yarım vaxtı olmasına baxmayaraq oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında tamamlandı, ən mütərəqqi idman standartlarına cavab verən infrastruktur yaradıldı və nəticə etibarilə dünya möhtəşəm beynəlxalq idman yarışının şahidi oldu.

Ölkəmiz bu uğuru 2017-ci ilin 12-22 may tarixləri arasında paytaxtımızda keçirilən çoxmillətli, multi-idman turnirində - IV İslam Həmrəyliyi Oyunlarında da davam etdirdi. Qeyri-rəsmi şəkildə "Bakı 2017 İslam Həmrəyliyi Oyunları” kimi tanınan bu möhtəşəm tədbir də dünyanın idman tarixində Azərbaycanın adı ilə bağlı yeni bir parlaq səhifə açdı. Bakıda keçirilmiş I Avropa Oyunları, həmçinin 2017-ci ildə baş tutmuş IV İslam Həmrəyliyi Oyunları Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın idman üzrə universal dəyərlərinin, dünyada sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqinə və təbliğinə verdiyi böyük töhfələri nümayiş etdirdi. Bu ayın 20-dən 28-ə qədər Bakıda start götürmüş Avropa Yeniyetmələrinin XV Yay Olimpiya Festivalı da eyni missiyanın davamıdır. Bu festivala qatılmaq üçün ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti ölkəmizə təşrif buyurub. Yarışlar 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçirilir.

Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq və Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb və idman dünyasının kifayət qədər əhəmiyyətli tədbirlərindən sayılır. Belə bir möhtəşəm festivala ev sahibi kimi Azərbaycanın seçilməsi də beynəlxalq aləmdə ölkəmizə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan Respublikası idman sahəsində əsas beynəlxalq sənədlərə qoşulub. Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində də böyük uğurlar əldə edilib. Respublikamızdakı gənclər təşkilatları BMT-nin, UNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər. Bu tədbirlərin bir qismi Bakıda təşkil olunub. Avropa Gənclər Forumunun Üzv Təşkilatları Şurasının iclasını (27-28 aprel 2007-ci il), "Avropa Şurasının Avropa Gənclər Fondu və fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminarı (14 may 2013-cü il), AŞ-nin İdmanla bağlı Genişləndirilmiş Hissəvi Sazişinin İcraiyyə Şurasının və Məşvərət Komitəsinin iclaslarını (25-27 may 2009), AŞ İdmana məsul nazirlərin 18-ci Qeyri-Formal Konfransını (22 sentyabr 2010-cu il), BMT Baş katibinin gənclər siyasəti üzrə elçisi, BMT İnkişaf Proqramı, UNESKO, AŞ və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil edilmiş Gənclər siyasəti üzrə birinci Qlobal Forumunu (28-30 oktyabr 2014-cü il) və digərlərini buna nümunə göstərmək olar.


Könüllülər hərəkatı


Azərbaycan Respublikası gənclər siyasətinin əsas istiqamətlərindən birini də xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, ictimai-siyasi fəallığının artırılması, diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yaxından cəlb edilməsi təşkil edir. Hazırda ölkəmizdə 300-dən artıq gənclər təşkilatı var. Bu təşkilatların nümayəndələri, ayrı-ayrı gənclərimiz beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Bu, cəmiyyətimizdə aparılan vətənpərvərlik tərbiyəsinin, gənclərdə aşılanan milli ruhun uğurudur.

Son illərdə ölkəmizin evsahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər tədbirlər, eləcə də bu gün bütün dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət” kimi innovativ platformalar Azərbaycanın dövlət gənclər siyasəti sahəsində yeni bir başlanğıcın əsasını qoydu. Bu, ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alması dövrüdür. Respublikada keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərinə indiyə qədər on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası formalaşıb. Könüllü hərəkatının formalaşmasında, uğur qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edilmişdir.

2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir.


Azərbaycan gənci - layiqli vətəndaş


Cənab İlham Əliyevin Azərbaycan Gənclərinin ötən ilin noyabrında keçirilmiş VIII Forumunun iştirakçılarına təbrik məktubunda da qeyd edildiyi kimi, bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir. Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar.

Qürur duyuruq ki, bütün bu inkişaf proseslərində, möhtəşəm tarixdə 25 illik fəaliyyəti ilə Gənclər və İdman Nazirliyinin də adı, xidməti var. Dövlət rəhbərinin müəyyən etdiyi gənclər, bədən tərbiyəsi və idman siyasətinin öz milli hədəflərinə çatmasında, Azərbaycan gəncliyinin timsalında ölkəmizin parlaq gələcəyinin təmin olunmasında hər birimiz bundan sonra da əzmkarlıq göstərməyə, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

Azad RƏHİMOV,

Azərbaycan Respublikasının Gənclər və İdman naziri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM