Alternative content

21:06 05 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
18:01 05.12.2019 Fransada ümumxalq tətili
15:59 05.12.2019 PAYIZ ETÜDLƏRİ - FOTO
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20-ci medal bayraqdardan gəldi
20-ci medal bayraqdardan gəldi
ANA SƏHİFƏ / İDMAN
00:34 26.07.2019


Azərbaycan cüdoçuları ümidləri doğruldurlar


Artıq bir həftəyə yaxındır ki, paytaxtımız Avropa Gənclərinin idman mərkəzinə çevrilib. 14-18 yaşlı gənc idmançıların mübarizə apardığı yarışa ümumilikdə 48 Avropa ölkəsindən 3600-dən çox atlet və texniki nümayəndə heyəti qatıldığı, 12 arenada 10 idman növü üzrə keçirilən XV Avropa Gənclər Olimpiya Festivalına ümumilikdə 2500-dən çox könüllü cəlb olunub.

İdmançılarımız isə bu yarışda uğurla çıxış edərək onlara göstərilən etimadı doğruldurlar. Azərbaycan güləşçiləri bütün çəki dərəcələrində mübarizə aparmış, mötəbər idman yarışında ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atmışlar. Medal estafetini davam etdirən cüdoçularımız ilk yarış günündə 1 qızıl, 2 bürünc medal qazanıblar.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.

Ümumiyyətlə, Azərbaycanda təşkil olunan idman yarışlarında ölkəmizin hesabına ən çox medal yazdıranlardan biri də cüdoçular olublar. Xatırladaq ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız ümumilikdə 13 medal - 6 qızıl, 7 gümüş medal qazanıblar.

Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət milliləri komanda yarışlarında da uğurla çıxış ediblər. Kişi cüdoçularımız bütün rəqiblərinə qalib gələrək İslam Oyunlarının qızıl medallarını qazanıblar. Qadın cüdoçularımız isə yalnız finalda Türkiyə millisinə uduzaraq gümüş medala sahib olublar.

Dünən isə XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarında ikinci günə yekun vurulub. Yarışların ikinci günündə qızlar 52 kq, 57 kq və 63 kq, oğlanlar 66 kq və 73 kq çəki dərəcələrində çıxış ediblər. Azərbaycanın üç idmançısı mübarizə aparıb.

Oğlanların mübarizəsində 73 kq çəkidə yarışan Vüqar Talıbov 1/8 finalda belaruslu Denis Yavseyenkanı, 1/4 finalda Adam Kopeçkunu (Çexiya) məğlub edib.

Festivalda millinin bayraqdarı olan cüdoçu finala gedən yolda türkiyəli Musa Şimşəklə qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn idmançı həlledici görüşdə italiyalı Luici Sentraççio ilə güləşib. Rəqibinə ipponla uduzan Vüqar "Bakı-2019”u gümüş medalla başa vurub.

66 kq çəki dərəcəsində qüvvəsini sınayan Mətin Rzazadə debütdə Elquya Şinçaraşvilini (Gürcüstan) ippona salsa da, 1/4 finalda Sayxan Şabixanova (Rusiya) uduzub. Cüdoçumuz təsəlliverici görüşdə kosovolu Festim Beqiri ilə gücünü yoxlayıb. Rəqibindən üstün olan Mətin bürünc medal uğrunda macarıstanlı Daniel Zeqedi ilə görüşdən məğlub ayrılaraq turniri 5-ci yerdə başa vurub.

Qızların yarışında Aytac Qardaşxanlı (57 kq) ilk görüşündə Eirka Vauhkonenlə (Finlandiya) üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, startda olduğu kimi, 1/8 finalda Böyük Britaniya təmsilçisi İzabel Kitçenə, 1/4 finalda isə Florentina İvaneskuna (Rumıniya) ipponla qalib gəlib.

Təmsilçimiz yarımfinalda rusiyalı Kseniya Qalitskaya ilə güləşdə uduzaraq bürünc medal uğrunda almaniyalı Samira Bok ilə qarşılaşıb. Görüşdə uduzan idmançımız festivalı medalsız başa vurub.

Beləliklə, cüdoçularımız iki yarış günündə 4 medal qazanmaqla ümidləri doğruldurlar.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM