25 Iyul 2019 23:47
1003
İDMAN
A- A+

Bakının “Neftçi” klubu səfərdə “Arsenal”ı (Tula) minimal hesabla məğlub edib


İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının "Neftçi” klubu Rusiyanın "Arsenal” (Tula) komandasının qonağı olub.

AZƏRTAC xəbər verir ki, Tula şəhərindəki mərkəzi stadionda keçirilən görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.

Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Lamek Banda və Aleksandru Tudorie meydana çıxıblar.

Albaniyalı baş hakim Enea Jorgjinin idarə etdiyi oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda hesabı açmağa yaxın olsa da, birinci hissəyə əlavə olunmuş vaxtda "Neftçi” istəyinə nail olub. Belə ki, 46-cı dəqiqədə Dario Frederikonun qolu Bakı təmsilçisini hesabda önə çıxarıb. Matçın birinci hissəsi "Neftçi”nin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb.

Beləliklə, "Arsenal” (Tula)-"Neftçi” oyunu Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.

Qeyd edək ki, "Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” klubunu mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video