25 Iyul 2019 23:33
890
İDMAN
A- A+

“Qəbələ” komandası “Dinamo” (Tbilisi) ilə ilk görüşdə məğlub olub

İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ” komandası öz meydanında Tbilisinin "Dinamo” klubunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə Azərbaycan komandasının heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev və Merab Qiqauri yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxıblar.

Şotlandiyadan olan baş hakim Nikolas Uolşin idarə etdiyi oyunda hesab 41-ci dəqiqədə açılıb. Qarşılaşmada qonaqların heyətində Levan Kutalyanın zərbəsi dəqiq olub.

Oyunun ilk hissəsi "Dinamo” komandasının üstünlüyü ilə başa çatıb.

İkinci hissənin 87-ci dəqiqəsində Tbilisi təmsilçisinin heyətində Arfanq Daffe

hesab arasındakı fərqi ikiyə çatdırıb. Beləliklə matç 0:2 hesabı ilə Gürcüstan komandasının xeyrinə başa çatıb.

Bu komandaların cavab görüşü avqustun 1-də səfərdə olacaq.

İki oyunun qalibi növbəti mərhələdə Hollandiyanın "Feyenoord” klubu ilə qarşılaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video