Alternative content

04:20 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində paytaxt məktəbliləri ilə görüş keçirilib
“Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində paytaxt məktəbliləri ilə görüş keçirilib
ANA SƏHİFƏ / İDMAN
20:12 25.07.2019

Azərbaycan Milli Olimpiya Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, "Bakı 2019” Əməliyyat Komitəsinin nümayəndələri bu qurumların dəstəyi ilə "Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində fəaliyyət göstərən pavilyonda məktəblilərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Avropa Olimpiya Komitəsinin Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü Azər Əliyev iştirak ediblər.

Pavilyonu ziyarət edən rəsmilərə layihə və məktəblilərin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, pavilyonda Atletlər kəndində məskunlaşan idmançılara, rəsmi nümayəndələrə və qonaqlara proqram vasitəsilə Bakıdan seçilmiş 49 təhsil müəssisəsinin nümayəndələri tərəfindən Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edilir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin keyfiyyətinin artırılmasında məktəbdən kənar fəaliyyətin təsirindən danışıb. Qeyd edib ki, sağlam bədənə və ruha malik olan hər bir gənc gələcəkdə istənilən təhsilin istənilən sahəsində və pilləsində daha asan uğur qazanır.

Şagirdləri və məktəblərin kollektivini uğurlu fəaliyyət münasibətilə təbrik edən Azər Əliyev belə layihələrin məktəblilərdə idmana marağın artırılmasına və Olimpiya ruhunun inkişafına təsirindən danışıb. O, bu baxımdan "Olimpiya mədəniyyəti və təhsil” proqramının əhəmiyyətini xüsusi qeyd edib.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı cari ilin fevral ayından fəaliyyətə başlayaraq Bakının 49 məktəbini əhatə edir. Proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və "Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi həyata keçirilir.

"Olimpiya mədəniyyəti və təhsil” proqramı Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, "Bakı 2019” Əməliyyat Komitəsinin, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM