25 Iyul 2019 17:56
806
Mədəniyyət
A- A+

“Jara-2019”da 200-dən çox müğənni çıxış edəcək


Builki "Jara” festivalının hazırlıq işlərinə də həmişəki kimi təxminən bir il vaxt sərf olundu. Builki festival çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı ilə "Jara-2018”haqqında çəkilmiş filmə baxış olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, "Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək. İyulun 26-da ötən il çəkilmiş "Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.

"Jara-2019” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Bukova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filip Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert jurnalistlərin suallarını cavablandırıblar.

"Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, "Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, - deyə Filip Kirkorov vurğulayıb.

Mətbuat konfransında Filip Kirkorovun gələn festival çərçivəsində yaradıcılıq gecəsinin keçirilməsi təklif olundu və müğənni buna razılığını bildirdi.

Qeyd olunub ki, gələn il "Jara” festivalının Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.

Gələn il festivalın 5 yaşı münasibətlə həmin gün beynəlxalq gün elan olunacaq. Burada rusiyalı müğənnilərlə yanaşı, Türkiyə, Amerika və digər ölkələri təmsil edən musiqiçilərin iştirakı ilə təqdimatlar keçiriləcək, konsert təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video