25 Iyul 2019 14:36
1126
Təhsil
A- A+

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüş keçirilib


ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə STM İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik etdiyi qurumun missiyası, vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan kollektivi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Dövlətimizin başçısı Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab edib. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb olunması STM-nin görəcəyi işlərin əsas xəttini təşkil edəcək.

ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini, səfir Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyət qurulmasının çətin, eyni zamanda, şərəfli olduğunu vurğulayıb. Rektor bu sahədə ADA Universitetinin keçdiyi yol və əldə etdiyi təcrübə haqqında fikirlərini bölüşüb, peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının vacibliyini vurğulayıb.

Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq ictimai rəyin öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kadr hazırlığında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA Universitetində təhsillə bağlı sosioloji sorğulara böyük əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğuları keçirildiyini diqqətə çatdırıb.

Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçimində təhsil mühitinin əvəzsiz rolunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə, istedad və qabiliyyəti aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşdığını vurğulayıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.

Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video